USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Vikipediya"da bir neçə dildə Milli qəhrəmanlarımız haqqında məlumatlar yerləşdirilib

Azərbaycan haqqında məlumat bazasının genişləndirilməsi və "Vikipediya"nın etibarlı mənbələrlə zənginləşdirilməsi üçün AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin əməkdaşları tərəfindən "Vikipediya"ya məqalələrin əlavə edilməsi prosesi davam edir.

MEK-dən Trend-ə verilən məlumata görə, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş Qarabağ müharibəsi iştirakçısı olan Milli qəhrəmanlar - Albert Aqarunov, Əlif Hacıyev, Əliyar Əliyev, Vəzir Orucov haqqında "Vikipediya"dakı məqalələr italyan, fransız, ispan və alman dillərinə tərcümə edilərək xarici dillərdə olan "Vikipediya"lara yerləşdirilib. Tərcümə işi “Şəms Tərcümə Xidmətləri Mərkəzi”nin təcrübəli mütəxəssisləri tərəfindən həyata keçirilib.

Milli Qəhrəmanlar haqqında məlumatlar beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılması, onların dünyaya tanıdılması işinə ciddi töhfə sayıla bilər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!