USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ASAN könüllüləri" və Qərb Universitetinin əməkdaşları üçün seminarlar keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 17-dən 22-dək “ASAN xidmət” könüllüləri və Qərb Universitetinin əməkdaşları üçün seminar-məşğələlər keçirilib.

Dövlət İmtahan Mərkəzindən ASAN Radioya bildiriblər ki, imtahan prosesinə cəlb olunmaq üçün “ASAN xidmət”in Bakı şəhərində yerləşən 4 mərkəzi, həmçinin Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Masallı, Qəbələ mərkəzləri üzrə ümumilikdə 227 könüllüsü və Qərb Universitetinin 38 əməkdaşı DİM-in keçirdiyi təlimlərdə iştirak edib.

DİM- in məsul şəxsləri tərəfindən aparılan seminarlarda iştirakçıların imtahan prosesi ilə əyani şəkildə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilib, imtahanın gedişi ilə bağlı qaydalar izah olunub. Bu zaman real imtahanda tətbiq edilən sənədlər və vəsaitlərdən istifadə edilib.

Qeyd edək ki, 2016-cı il 30 yanvar tarixində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ilə “ASAN School” könüllülük proqramının “İnnovativ idarəetmə” layihəsi çərçivəsində keçirilən görüşdə “ASAN xidmət” könüllülərinin TQDK-nın (DİM-in) keçirdiyi imtahanlarda nəzarətçi kimi iştirakına qərar verilib. Ötən il TQDK tərəfindən keçirilən buraxılış imtahanlarına 192, qəbul imtahanlarına isə 118 “ASAN xidmət” könüllüsü cəlb olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!