USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Tbilisidə etiraz aksiyası keçirilib

"Borçalı-İrəli" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tbilisidə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar yürüş-aksiya təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən ASAN Radioya verilən məlumata görə, aksiya iştirakçıları Rustaveli metrostansiyasının qarşısından başlayaraq Gürcüstan parlamentinin Tbilisidəki binasının qarşısınadək yürüş edib. Yürüş boyu “Qarabağa azadlıq”, “Xocalıya ədalət”, “Gürcüstanın və Azərbaycanın torpaqları azad olunsun” kimi şüarlar səsləndirilib, Azərbaycan və Gürcüstan bayraqları dalğalanıb.

"Borçalı-İrəli" İctimai Birliyi tərəfindən Xocalı soyqırımının tanıtımı və təbliğatı üçün gürcü dilində cap etdirilən 5 min ədəd buklet yolboyu Tbilsi sakinlərinə və qonaqlarına paylanılıb. Yürüş parlamentin qarşısında Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb.

Aksiyada Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Gürcüstan Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədri Əli Bədirov, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev, İ.Javaxişivili adına Tbilisi Dövlət Universitetinin Azərbaycan otağının koordinatoru Leyla Əmrahova, fəal gənclər, tələbələr və KİV nümayəndələri iştirak ediblər.

"Borçalı-İrəli" İctimai Birliyinin sədri Məhəbbət İmanov mediyaya açıqlama verərək bildirib ki, aksiyanın keçirilməsində məqsəd əsrin ən dəhşətli soyqırımı olan Xocalını qətliamını gürcü ictimayyətinə, gürcü gənclərinə və paytaxt sakinlərinə çatdırmaqdır. “Tədbirdə beynəlxalq hüquq təşkilatlarını Xocalı soyqırımına hüquqi qiymət verməyə çağırdıq, Gürcüstan və Azərbaycanın işğal olunan torpaqlarının azad olunmasını tələb etdik” – deyə M.İmanov bildirib.

Aksiya iştirakçıları sonda NATO və Avropa İttifaqının Gürcüstandakı İnformasiya Mərkəzinə, Gürcüstan Qızıl Xaç Komitəsinə müraciət təqdim ediblər. Yürüş-aksiya Gürcüstan mediasında geniş işıqlandırılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!