USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Xocalı soyqırımı” şəhidlərinin xatirəsi Böyük Britaniyada anılıb

Böyük Britaniyanın Aberdin şəhərində “Aberdin Azərbaycan Cəmiyyəti”nin təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Mərasimdə “Aberdin Azərbaycan Cəmiyyəti”nin üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Aberdin Azərbaycan Cəmiyyəti”nin sədri, Aberdin Universitetinin tələbəsi Kənan Əliyev Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğunu bildirib. O, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş, dünyada misli görünməmiş vəhşilik və qəddarlığın Xatın, Xirosima və digər faciələrlə bir sırada dayandığını vurğulayıb. K.Əliyev Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı aparılan işğalçılıq və etnik təmizləmə siyasətindən və onun ağır nəticələrindən danışıb. Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər il Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və diaspor təşkilatları tərəfindən anıldığı bildirilib.

Cəmiyyətin sədri çıxışında daha sonra, Xocalı şəhərində törədilmiş vəhşilikləri insanlığa sığmayan dəhşətli soyqırım cinayəti kimi dəyərləndirərək, bu soyqırıma ilk dəfə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilməsini xüsusi vurğulayaraq günahkarların cəzalandırılmasının vacibliyini bildirib.

Sonda tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı materiallar təqdim edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!