USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Oyun diskləri, TV proqramları, internet məlumatlarında yaş işarələnməsi qoymayanlar cəzalandırılacaq

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi informasiya məhsullarında - internetdə yayımlanan məlumatlarda, televiziyalardakı proqramlarda və oyun disklərində mütləq şəkildə yaş kateqoriyasına uyğun işarələnmənin aparılmasını və buna əməl etməyənlərin cəzalanmasını təklif edən qanun layihəsi hazırlayıb.

Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov ASAN Radioya bildirib ki, komitə tərəfindən hazırlanmış “Uşaqların sağlamlığı və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanun layihəsinin məqsədi uşaqların intretnetdə qarşılaşacağı zərərli infomasiyalardan qorunmasıdır. Artıq qanun layihəsi müvafiq qurumlarla razılaşdırılıb. Hazırda layihəyə hökumət tərəfindən baxılır. Layihənin tezliklə Milli Məclisə təqdim edilməsi nəzərdə tutulur.

Komitə rəsmisi qeyd edib ki, yeni hazırlanan qanun layihəsində uşaqlar üçün zərərli olan informasiya növləri müəyyənləşdirilib: “Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyalar var. Həmin informasiyalara əxlaqsız məzmunlu, ailə anlayışını nüfuzdan salan, cinayətləri təbliğ edən, pornoqrafik infromasiyalar daxildir. Layihədə informasiya məhsulları yaşa uyğun olaraq, təsnifatlaşdırılır”.

Rusiya və bir sıra inkişaf etmiş ölkələr tərəfindən yayımlanan kanallarda proqramların yaş kateqoriyası üzrə işarələndiyini deyən S.Məmmədovun sözlərinə görə, yeni qanun layihəsində Azərbaycanda da uşaqlar üçün informasiya məhsullarının, o cümlədən oyun disklərinin xüsusi qaydada işarələnməsi təklif edilir: “Qanun layihəsindəki digər məsələ ölkə ərazisində yayımlanan informasiya məhsullarının, məsələn oyun disklərinin işarələnməsidir. Oyun disklərinin yaş kateqoriyasına uyğun işarələnməsi vacibdir. Çünkli elə oyunlar var ki, onlar aşağı yaşlı uşaqların psixologiyasına mənfi təsir göstərir. Belə oyunlarla oynamağa uşaqlara yalnız müəyyən yaşdan sonra icazə verilə bilər”.

S.Məmmədov deyib ki, layihənin qəbulundan sonra informasiya məhsullarında, o cümlədən disklərdə, saytlarda yayımlanan məlumatlarda, televiziya proqramlarında işarələnmə mütləq olacaq. Bu tələbləri yerinə yetirməyənlərə qarşı müvafiz cəza prinsiplərinin - inzibati məsuliyyətin olması nəzərdə tutulub.

S.Məmmədov əlavə edib ki, qanun qəbul edildikdən sonra onun icrasına nəzarət edən orqan da müəyyənləşəcək və həmin qurum məlumatı yayanla bağlı müvafiq tədbir görə biləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!