USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ərdoğan Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq platformalarda qaldırılmasını vacib saydı

“Bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasəti məsələsini qaldırmalıyıq”.

ASAN Radio xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının İslamabadda keçirilən 13-cü sammitində çıxışı zamanı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışarkən deyib.

Dağlıq Qarabağ münaqişəsinin uzun müddətdir davam etdiyini və münaqişənin həlli üçün 20 ildən çoxdur həyata keçirilən səylərin hələ də nəticəsiz qaldığını xatırladan R.T.Ərdoğan İƏT və BMT çərçivəsində bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsi ilə ciddi nəticələr əldə etməyin mümkün olduğunu bildirib.

O, çıxışı zamanı həmçinin Əfqanıstanda terror məsələsinə də toxunub. Ərdoğan bu ölkədə terrora qalib gəlmək üçün bütün qüvvələri birləşməyə çağırıb.

“Türkiyə YPG, PKK, FETÖ və s. kimi terror təşkilatlarına qarşı mübarizə aparır. Terrorun qarşısını birdəfəlik almalıyıq”.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!