USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
IV İslam Həmrəyliyi oyunlarında 8 futbol komandası qızıl medal uğrunda mübarizə aparacaq

Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏK) Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları zamanı futbol idman növündə mübarizə aparan səkkiz komandanın adını ictimaiyyətə elan edir.

ASAN Radio xəbər verir ki, ev sahibi Azərbaycan olmaqla, Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair komandaları futbol idman növündə qələbə uğrunda mübarizə aparacaqlar. Hər bir futbol komandası 23 yaşına kimi futbolçulardan təşkil olunub, lakin bununla yanaşı, yaşı 23-dən yuxarı olan 3 nəfər də heyətin sıralarında oynaya bilər.

İlkin olaraq 4 yığma komandanın ikisindən birinə cəlb ediləcək komandalar o qrupda digər tərəfə qarşı oynayacaq. Hər bir qrupun iki ən yaxşı komandası yarım-finala çıxacaq, qızıl və gümüş medal uğrunda mübarizə aparacaq. İki uduzan komanda isə bürünc medal üçün yarışacaq.

Futbol yarışları 16 matçdan ibarət olacaq və Bayıl Arenada, Dalğa Arenada, Tofiq Bəhramov adına Stadionda və Azal Arenada keçiriləcək. 8 may tarixində yarışları yığcam formatda təşkil etmək məqsədilə birinci tur oyunlarda səkkiz komanda iştirak edəcək. 18-21 may tarixlərində baş tutacaq yarım-final və final oyunlarının Tofiq Bəhramov adına stadionda keçirilməsi planlaşdırılır.

Bakı 2017 İdman üzrə Direktor Mark Haniban Azərbaycanda hər zaman futbola böyük maraq göstərib. Əminəm ki, IV İslam Həmrəyliyi oyunları zamanı da futbol oyunu azarkeşlərin diqqətində olacaq. Cəmi 16 matçdan ibarət yarış elə planlaşdırılmışdır ki, komandalar sonuncu mərhələlərdə lazımi vaxt qazanaraq, yarım final və final oyunlara hazırlaşa bilsinlər. Biletlərə tələbatın çox olması gözlənilir. Əminəm ki, Azərbaycan azarkeşləri yalnız öz komandalarını deyil, Bakıya təşrif buyuracaq digər ölkələrin də ulduz futbolçularını dəstəkləyəcəklər.”

Futbol yarışına biletləri 19 mart tarixindən etibarən Bakı 2017 veb saytından, yaxud Bakının müxtəlif yerlərindəki 12 satış məntəqəsindən əldə etmək olar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!