USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Beynəlxalq Muğam Mərkəzində Yel çərşənbəsinə həsr olunmuş konsert kecirilib

ASAN Radio xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində Yel çərşənbəsinə həsr olunmuş konsert kecirilib.

Konsertdə İrs folklor ansamblı çıxış edib. Ansamblın bədii rəhbəri əməkdar artist Nuriyyə Hüseynovadır. Tədbirin əvvəlində Novruz Novruzlu Dədə Qorqud obrazında tamaşaçıları salamlayıb və sonra əməkdar artist Nuriyyə Hüseynova musiqiçiləri təqdim edib.

Ansamblın solistləri Qənimet Sultan, Novruz Novruzlu, Solmaz Kosayeva, Aşur Adigözəlov və musiqiçilər Mikayıl Mikayılov tarda, İlkin Yaqubov bas tarda, Ceyhun Muradov kamançada, Cahandar Mikayılov bas kamança, Xəyal Cəbrayılov ud, Araz Fətəliyev balaban, Soltan Əliyev nağara, Eyvaz Həmidov davulda ifa ediblər.

Konsertden sonra Nuriyyə xanımla musahibəmizdə bildirib: "Biz çox xoşbəxtik ki, Beynəlxalq Muğam Mərkəzinin Novruz Çərşənbələri layihəsində Yel çərşənbəsi konsertini İrs folklor ansamblı ilə birgə keçirdik. Tamaşaçılara xalq mahnılarını, muğamlarımızı dinlətdik".

Beynəlxalq Muğam Mərkəzi öz tamaşaçılarına martin 9-u İncəsənət Universiteti ilə birgə "Bayatı-Şiraz dəstgahi" adlı konsert proqramı hazırlayıb. Klassik musiqi sevərləri isə 10 mart "Bahar Suitasi" adlı konsertinə dəvət edir. Novruz bayramına həsr olunan konsertlərsə hələ qarşıdadı. 24 mart "Bahar nəgməsi" adlı konsertdə də gözəl muğam ifaları ilə muğamsevərləri başına toplayacaq. Maraqlananlar Beynəlxalq Muğam Mərkəzinin rəsmi facebook səhifəsinə daxil olub məlumat ala bilərlər. Biletləri şəhərin kassalarında, ASAN xidmət mərkəzlərində və iticket.az saytinda əldə etmək olar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!