USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakı 2017 Oyunlarına dair diplomatik brifinq təşkil edilib

Bu gün, Bakı 2017 Oyunları Əməliyyat Komitəsi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birgə əməkdaşlığı ilə Bulvar Oteldə 60 ölkədən Azərbaycanda akkreditə olunmuş 100-dən çox diplomatik nümayəndəliklərin rəhbərləri üçün diplomatik brifinq təşkil edilib.

Əməliyyat Komitəsindən ASAN Radioya bildirilib ki, brifinq zamanı diplomatik nümayindəliklərə oyunların təhlükəsizlik və akreditasiya sahələrinə dair yeniliklər barədə məlumat verilib. Bununla yanaşı, diplomatlar gələcəkdə ölkəmizdə keçirilicək idman yarışları haqqında da məlumatlandırılıblar.

Bakı 2017 Oyunları Əməliyyat Komitəsinin protokol şöbəsinin direktoru Pol Foster brifinqdə nümayəndələri salamlayaraq, onlara oyunlar haqqında məlumat verib və bu ilin 12-22 may tarixlərində Bakıda gerçəkləcək IV İslam Həmrəyliyi oyunlarının son yenilikləri haqqında danışıb. Pol Foster: “Əminik ki, IV İslam Həmrəyliyi oyunlarına beynəlxalq aləmdə çox böyük həvəs və maraq olacaq. Məhz bu oyunlara marağın yaranmasında, onun təbliğatında sizin də əməyiniz və dəstəyinizə ehtiyac var. Məhz bu səbəbdən oyunlarla bağlı məlumatların sizə geniş şəkildə çatdırılması çox böyük önəm daşıyır.”

Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Könül Nurullayeva Milli Olimpiya Komitələrinin İslam Oyunlarında oynadığı rollar barədə danışarkən qeyd edib ki, ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi oyunları zamanı ölkəmizə təşrif buyuracaq hər bir idmançı ədalətli oyun nümayiş etdirib, bir-birinə hörmət və dəstək göstərəcək. Könül Nurullayeva: “İnanıram ki, biz bir ailə kimi bütün komandaları dəstəkləyəcəyik və hər birinə qələbə qazanmaları üçün uğurlar arzu edəcəyik.”

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!