USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İqtisadiyyat naziri Ukraynanın baş nazirilə görüşüb 

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynada səfərdədir. Nümayəndə heyətinə rəsmilərlə yanaşı, 40-a yaxın iş adamı daxildir.

Səfərin ilk günü – martın 13-də İqtisadiyyat naziri Şahin Mustafayev Ukraynanın Baş naziri Vladimir Qroysman ilə görüşüb. 

Nazir Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında imzalanmış strateji əməkdaşlıq haqqında bəyannamə bütün sahələrdə, eləcə də iqtisadi sahədə əlaqələrin inkişafına geniş imkanlar açır. Hazırda Azərbaycan və Ukrayna sənaye, kənd təsərrüfatı, ticarət, investisiya, tranzit sahələrində əməkdaşlıq edir. Bununla belə, ölkələrimiz ticarət, maşınqayırma, kimya, metallurgiya, kənd təsərrüfatı məhsullarının emalı və qida sənayesi, əczaçılıq, tikinti materiallarının istehsalı sahələrində əlaqələri genişləndirə, Ukrayna iş adamları Azərbaycanda yaradılan sənaye parkları və aqroparklarla əməkdaşlıq edə bilər. Görüşdə həmçinin, Azərbaycanın böyük tranzit potensialı qeyd edilərək, bu sahədə əlaqələrin genişləndirilməsi imkanları diqqətə çatdırılıb. Şahin Mustafayev bildirib ki, ölkəmiz Ukraynada Azərbaycan Ticarət Evinin yaradılmasında maraqlıdır və səfər çərçivəsində Ukraynanın aidiyyəti qurumları ilə bu sahədə də danışıqlar aparılacaq.

Ukraynanın Azərbaycanla əlaqələrə önəm verdiyini və ölkəmizlə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirən Ukraynanın Baş naziri Vladimir Qroysman ölkələrimizin iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq etdiyini və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan-Ukrayna iqtisadi əlaqələrinin genişləndirilməsi perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!