USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
AFFA İntizam Komitəsi danışılmış oyunlarda iştirak edən 2 klubu çempionatdan kənarlaşdırıb

AFFA İntizam Komitəsi danışılmış oyunlarla bağlı araşdırmalarının yekunu olaraq, qərarlarını açıqlayıb. ASAN Radionun məlumatına görə, qərar UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlara və AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanaraq çıxarılıb. 

“Danışılmış oyunlarda” iştirak edən futbol subyektləri ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

9 futbolçunun “danışılmış oyunlarda” iştirakı qismən sübut edildiyinə görə, onlara 2016/2017 futbol mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edilsin:

 

Şahdağ (Qusar)

1. İqrar Səmədov

2. Uce Cukenyere

Rəvan (Bakı)

1. Elvin Əliyev

2. Cəmşid Məhərrəmov

Göyəzən (Qazax)

1. Arzuman Vəliyev

2. Tunar Şahtaxtinski

Energetik (Mingəçevir)

1. Elvin Əlizadə

2. Kamran Lalayev

3. Ruslan Həmidov

- Adları “danışılmış oyunlarda” ən çox hallanan “Rəvan” FK və “Şərurspor” FK I diviziondan kənarlaşdırılsın.

- Hər iki klub I divizionda oyunların 50 % -dən çoxunda iştirak etdyinə görə hər iki kluba növbəti oyunlarında 0:3 hesablı texniki məğlubiyyət verilsin.

- I Diviziondan kənarlaşdırılmış “Rəvan” FK və “Şərurspor” FK-nın oyunçularına “azad agent” statusu verilsin.

- Adları “danışılmış oyunlarda” hallanan “Şahdağ” FK, “Energetik” FK, “Bakılı” FK və “Göyəzən” FK-ya xəbərdarlıq edilsin. Bu klubların “danışılmış oyunlarda” iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, bu klublar I Diviziondan kənarlaşdırılsın.

- Hakim Anar Niyazova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilsin.

- “Şahdağ” FK-nın inzibatçısı Rəfael Kübərova 2 il müddətinə futbola aid hər bir məşğuliyyət qadağan edilsin.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!