USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Prezidenti Raymond Veyonis ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 16-da Latviya Respublikasının Prezidenti Raymond Veyonis ilə görüşü olub.

Dövlət başçısı Latviya prezidenti Raymonds Veyonisin V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirib və bu tədbirin artıq bir ənənəyə çevrildiyini vurğulayıb.

R. Veyonis V Qlobal Bakı Forumunda 53 ölkədən nümayəndələrin iştirakının önəmini qeyd edib və Azərbaycan tərəfinin bu tədbiri yüksək səviyyədə təşkil etdiyini vurğulayıb. O, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri olmasından qürur hissi keçirdiyini deyib.

Prezident Raymonds Veyonis prezident İlham Əliyevin Latviyaya rəsmi səfərə dəvət məktubunu dövlət başçısına təqdim edib və bu səfərin ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirib. Azərbaycan ilə Latviya arasında müxtəlıf sahələrdə əlaqələrə toxunan R. Veyonis təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin görüldüyünü bildirib və azərbaycanlı tələbələrin Latviya universitetlərində təhsil almaları üçün müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar ətrafında fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əməkdaşlığın bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!