Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalı qəbul edib.
ASAN Radionun məlumatına görə, Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı şahzadəsinin V Qlobal Bakı Forumunda iştirakının əhəmiyyətini vurğulayaraq bunu ölkələrimiz arasında əməkdaşlıq və dostluq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirib.
T. Al-Faysal isə V Qlobal Bakı Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd edib. O, Azərbaycandakı qonaqpərvərliyin və Bakının ecazkar gözəlliyinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd edib, İçərişəhərdə aparılan bərpa işlərinin onda böyük maraq doğurduğunu deyib.
Dövlət başçısı ölkəmizdə son illər tarixi irsin qorunması və müasir arxitektura nümunələrinin yaradılması istiqamətində mühüm işlərin həyata keçirildiyini vurğulayıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!