USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Yunanıstan səfiri Azərbaycan XİN-ə çağırılıb

"Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndəsi kimi özünü təqdim edən Karen Mirzəyan adlı şəxsin 13-15 mart tarixlərində Yunanıstana səfəri ilə əlaqədar Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas Xarici İşlər Nazirliyinə çağırılıb və ona sözügedən məsələ ilə bağlı Azərbaycanın narazılığı və narahatlığı çatdırılıb. Bildirib ki, bu iki ölkə arasında dostluq münasibətlərinin əsasını təşkil edən və 2014-cü ildə iki ölkənin XİN-ləri arasında imzalanmış Avropa İttifaqı məsələləri üzrə əməkdaşlıq haqqında Memorandumda əksini tapan suverenlik, müstəqillik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliklə  ziddiyyət təşkil edir".

Bunu ASAN Radioya açıqlamasında Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndəsi kimi özünü təqdim edən Karen Mirzəyanın Yunanıstana səfəri ilə bağlı XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, görüşdə Yunanıstan vətəndaşlarının Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərlərinin qarşısının alınması üçün Yunanıstan tərəfindən öz vətəndaşlarına bu kimi səfərlərin qeyri-qanuniliyi və hüquqi məsuliyyət ehtiva etməsi barədə xəbərdarlıq edilməsi də təklif edilib.

"Yunanıstan səfəri Dimitrios Tsounqas ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini və məsələ ilə əlaqədar Azərbaycanın narahatlıq və narazılığının ölkəsinə çatdırılacağını deyib.

Yunanıstanın Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyinə bildirib ki, bu “şəxsi səfər” xarakteri daşıyır və K.Mirzəyan adlı şəxslə heç bir hökumət rəsmisi görüş keçirməyib.

Ümumiyyətlə, Avropa İttifaqı tərəfindən digər separatçı rejimlərin “nümayəndələri”nə tətbiq edilən səfər qadağasının Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə münasibətdə bəzi üzv dövlətlər tərəfindən seçimli tətbiqi ciddi təəssüf və narahatlıq doğurur. K.Mirzəyan və qondarma rejimin digər “nümayəndə”ləri Ermənistanın diplomatik pasportları ilə xarici səfərləri həyata keçirirlər. Bu kimi təxribatçı səfərlər aqressiv separatizm, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı nəticəsində yaradılmış qondarma rejimin təşviqinə xidmət etməklə bərabər, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirir və regionda vəziyyətin gərginləşməsinə xidmət edir", - deyə XİN sözçüsü qeyd edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!