USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Kolumbiya senatı Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı qərarnamə qəbul edib

Kolumbiya Respublikasının senatı tərəfindən Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı qərarnamə qəbul edilib.

Kolumbiya senatının vitse-prezidenti, xarici əlaqələr və milli müdafiə komissiyasının prezidenti, eləcə də senatorların imzaladığı bu qərarnamə senat tərəfindən Azərbaycan Respublikasının Kolumbiyadakı diplomatik nümayəndəliyinin rəhbəri Ramil Fərzəliyevə təqdim edilib.

Sənəddə bildirilir ki, senat üzvləri Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bu faciəvi günün yüzlərlə qurbanlarının xatirəsini anaraq Azərbaycan xalqı ilə həmrəyliyini bildirir.

Qərarnamədə 25 il əvvəl, 1992-ci ilin 26 fevralında Ermənistan Respublikasının qoşunları və Dağlıq Qarabağdakı separatçılar tərəfindən yüzlərlə azərbaycanlı qadınların, uşaqların və yaşlıların məhv edilməsi ilə bağlı şiddətli faktların dünya tarixinin heç bir fəslində bir daha yer tutmamasının vacibliyi qeyd olunur.

Kolumbiya xalqının da mənasız müharibədən uzun illər əziyyət çəkdiyi qeyd olunaraq, Azərbaycan və Ermənistan xalqlarının da münaqişəni sülh razılaşması ilə həll etmələrinə dair Kolumbiyanın arzusu ifadə edilir.

Qərarnamədə BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini yerinə yetirərək Ermənistan qoşunlarının Dağlıq Qarabağ da daxil olmaqla işğal olunmuş Azərbaycan ərazilərindən çəkilməsi ilə bağlı Ermənistana çağırış edilir.

Azərbaycan xalqının daim beynəlxalq instansiyalara müraciət edərək insan haqları, beynəlxalq humanitar haqlar və ərazi bütövlüyü hüququnun qorunması zəmanəti ilə sülhə nail olmaq üçün Ermənistan xalqı ilə danışıqların aparılması üçün göstərdiyi səylərinin alqışlandığı qərarnamədə bildirilir.

Bu qərarnamə ilə Azərbaycan xalqına Kolumbiya senatının dəstəyinin ifadə edildiyi göstərilir.

Ramil Fərzəliyev öz növbəsində ədalətin yanında bir daha durduğuna, Xocalı soyqırımı qurbanlarının xatirəsinə göstərdiyi ehtirama və münaqişədən əzab çəkən Azərbaycan xalqına göstərilən dəstəyə görə Azərbaycan xalqı və hökuməti adından Kolumbiya senatına təşəkkür edib.

Qeyd etmək lazımdır ki, Kolumbiya senatında 2012-ci ildə də “Azərbaycan Respublikası ərazisinin qanunsuz işğal edilməsi” barədə qərar qəbul edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!