23/11/2017 00:10

Valyuta USD EUR RUB TRY
Kurs 1.7002 2.0051 0.0281 0.4374


Dövlət qurumları

Silahlı Qüvvələrdə "Açıq qapı" günü keçirilir


20.03.2017   13:06


Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, bu gün saat 11.00-dan başlayaraq bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü keçirilir.

ASAN Radio Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, Novruz bayramı münasibətilə təşkil olunan ənənəvi tədbirdə ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olur, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkirlər.

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunur, onları maraqlandıran məsələlərin müzakirəsi aparılır, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilir.




Xəbər lenti

22 Noyabr











ASAN Radio telefonunuzda
Facebook