USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanda vərəmli xəstələrin sayı açıqlanıb

“Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycanın statistikasına əsasən, ölkədə ən çox vərəmlə xəstələnənlər 25-44 yaş arasında olan insanlardır. Bu xəstələrin arasında kişilər üstünlük təşkil edir”.

ASAN Radio xəbər verir ki, bunu Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun (ETACXİ) elm üzrə direktor müavini İradə Axundova deyib.

Onun sözlərinə görə, hər il qeydiyyatda olan xəstələrin sayı 8500-9000 arasında dəyişir. Ötən il vərəmə ilkin yoluxan xəstələrin sayının isə 3500-ə qədər olduğunu deyən İ. Axundova əlavə edib ki, onların 3-4 faizini uşaqlar təşkil edir. Ölüm hallarına gəlincə, direktor müavini vurğulayıb ki, müvafiq göstərici hər 100 min əhaliyə 3,8 nəfər təşkil edir: “Halbuki bu rəqəm 2015-ci ildə 4,2 nəfər idi. Vərəmin yaranmasına vərəm mikobakteriyası səbəb olur. Vərəm infeksion xəstəlik olduğundan yalnız xəstə insandan hava-damcı yolu ilə sağlam insana ötürülərək yoluxma əmələ gətirir, bundan sonra xəstəlik yaradır. 2016-cı il üçün ilkin vərəmlə xəstələnən insanların sağalma faizi 83 olub. Bununla da ÜST-nin qoyduğu 85 faiz həddinə çatırıq. Hazırda 918 xəstə müalicəni davam etdirir. Onların arasında müalicə effektivliyi 69 faizdir”. 

İ. Axundova qeyd edib ki, 2010-2016-cı illər ərzində uşaqlar arasında vərəmə yoluxma, vərəmdən ölüm hallarının sayında azalma müşahidə edilir. Direktor müavini vurğulayıb ki, son illər vərəmə yoluxanların yaşının artdığını müşahidə edilir: “Yəni, xəstəlikdə cavanlaşma yox, yaşlaşma tendensiyası nəzərə çarpır. Şəkərli diabet, mədə və on iki barmaq bağırsağının xorası, bronxial astma və hormonla müalicə olunmalı xəstəlik buna təsir göstərir. Yəni, immuniteti zəiflədən xəstəliklər orqanizmin vərəmə yoluxma riskini artırmış olur. Son illər ərzində şimal bölgəsində vərəmlə xəstələnmə daha çox müşahidə olunur. Bunu da həmin ərazilərin sərhədə yaxın olması ilə əlaqələndiririk”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!