USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolu yenidən qurulur

“Azəravtoyol” ASC tərəfindən İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Hazırda yol boyu torpaq işləri görülür.

ASC-nin mətbuat xidmətindən ASAN Radioya bildirilib ki, uzunluğu 23 kilometr, eni 10 metr olan yol 4-cü texniki dərəcəyə uyğun inşa olunur.

Tikinti işləri çərçivəsində yolun çiyinlərinin eni hər bir istiqamət üzrə 2, yolun hərəkət hissəsinin eni isə 6 metr təşkil edəcək.

Aparılan işlər zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu çıxarılır. Bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirilir. Artıq yolun 8 kilometrlik hissəsinə asfalt-beton örtüyünün ilk qatı döşənib. Ümumilikdə ikiqat olmaqla yolun 140 min kvadratmetr sahəsinin asfaltlanması nəzərdə tutulub.

Asfaltlanma işləri tamamlandıqdan sonra zəruri olan yerlərdə yol nişanları, məlumatverici lövhələr və təhlükəsizlik dirəkləri quraşdırılacaq, üfiqi xətlənmə xətlərinin çəkilişi işləri aparılacaq. Eyni zamanda yol boyu zəruri olan yerlərdə 30 ədəd suötürücü boru da quraşdırılacaq.

Qeyd olunub ki, İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisi 6 yaşayış məntəqəsinin əhalisinin gediş-gəlişini xeyli asanlaşdıracaq, təhlükəsiz və maneəsiz hərəkət təmin olunmaqla yük və sərnişindaşıması rahatlaşacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!