USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan prezidenti: “Ermənistan rəhbərliyi qlobal qarşıdurma yaratmağa səy göstərir”

“Biz bütün sahələrdə müştərək maraqlara xidmət edən təkliflər irəli sürürük, iri transmilli layihələr həyata keçiririk. Hazırda təşəbbüskarı və əsas icraçılarından olduğumuz Cənub Qaz dəhlizi layihəsi üzrə işlər uğurla davam etdirilir. Asiya və Avropanı birləşdirən Bakı-Tiflis-Qars dəmir yolunun inşası isə artıq yekunlaşmaq üzrədir. Son illər ərzində ölkəmizdə bir sıra mötəbər mədəniyyət və idman tədbirləri keçirmişik. Hesab edirik ki, bu il ev sahibliyi edəcəyimiz növbəti mədəniyyətlərarası dialoq forumu və İslam Həmrəyliyi Oyunları da dünyada və regionumuzda qarşılıqlı etimad mühitinin dərinləşməsinə, sülh və təhlükəsizliyin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək”.

ASAN Radionun APA-ya istinadən verdiyi məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda keçirilən XX Avrasiya İqtisadiyyat Zirvə toplantısının iştirakçılarına ünvanladığı məktubda deyilir.

Məktubda Ermənistan-Azərbaycan münaqişəsinə də toxunulub: “Həll olunmamış münaqişələr dünyada sülh və əmin-amanlığı təhdid edən əsas problemdir. Ötən əsrin sonlarında meydana çıxmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ölkəmizin inkişafı yolunda əsas əngəl olaraq qalır. Ermənistan xarici havadarlarının dəstəyi ilə Azərbaycan ərazisinin 20 faizini işğal edib, etnik təmizləmə və soyqırımı törədib. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, təcavüzkar dövlət zəbt etdiyi torpaqlardan çıxmaq istəmir, hər vəchlə “status-kvo”nu uzatmağa çalışır. Ən təhlükəlisi odur ki, Ermənistan rəhbərliyi ərazi iddiası səbəbindən başlamış bu münaqişəni xristian-müsəlman qarşıdurması kimi qələmə verərək, qlobal qarşıdurma yaratmağa səy göstərir”.

Prezident İlham Əliyev Zirvə toplantısında iştirak edən dövlət və hökumət başçılarının, iş adamlarının gündəlikdə duran və hamını düşündürən məsələlər ətrafında səmərəli müzakirələr aparacaqlarına inandığını bildirib. 

Məktubda zirvə toplantılarının Avrasiya məkanında qarşılıqlı əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyi, bu toplantıların səmərəli əməkdaşlıq platformasına çevrildiyini vurğulanıb. Qeyd olunub ki, toplantılarda qlobal xarakterli problemlər, bəşəriyyəti narahat edən məsələlər hərtərəfli müzakirə edilir. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!