USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Almaniya kansleri: "Almaniya Minsk qrupunun üzvü kimi, gələcəkdə də Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak edəcək"

Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

ASAN Radio xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Əziz cənab Əliyev.

Ölkələrimiz arasında 25 il bundan əvvəl diplomatik əlaqələr qurulub. İkitərəfli əlaqələrimiz qədim tarixə malikdir. İki yüz il bundan əvvəl ilk şvab mühacirləri müasir Azərbaycanın ərazisində məskunlaşıblar. Münasibətlərimizin canlı və hərtərəfli olduğunu 2016-cı ilin iyun ayında Almaniyaya etdiyiniz səfərinizlə birmənalı olaraq təsdiq etdiniz.

Almaniya Sizin ölkəmiz ilə sıx əməkdaşlıq etməyə hazır olmağınızı və Avropanın dəyərlər icmasına qoşulmaq iradənizi alqışlayır. Əmin ola bilərsiniz ki, Almaniya ölkənizin modernləşməsində, demokratiyanın və hüquqi dövlətin inkişafında etibarlı tərəfdaşınız olaraq qalacaq.

Mən əminəm ki, Azərbaycan bütün region kimi yalnız regional münaqişələrin həllindən sonra tam şəkildə potensialını inkişaf etdirə biləcəkdir. Almaniya ATƏT-in Minsk qrupunun üzvü kimi, gələcəkdə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak edəcək və həmsədrlərin səylərini dəstəkləyəcək.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə mən Azərbaycana sülh, rifah, ölkələrimizə isə etibarlı əməkdaşlığın uğurlu davam etdirilməsini və genişləndirilməsini arzu edirəm".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!