USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan “Mədəni Turizm” XIV Beynəlxalq Turizm sərgisində təmsil olunub

Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə milli stendimiz Veliko Tırnovo şəhərində keçirilmiş “Mədəni Turizm” adlı XIV Beynəlxalq Turizm Sərgisində təmsil olunub.

ASAN Radio xəbər verir ki, iştirakçılara və ziyarətçilərə ölkəmizin tarixi, mədəniyyəti, ənənələri, mövcud turizm marşrutları, rekreasiya və turizm mərkəzləri, Azərbaycanda həyata keçirilən infrastruktur layihələr barədə ətraflı məlumat verilib. Sərgidə Azərbaycan xalçaları və sənətkarlıq nümunələri nümayiş olunub, ölkəmizin mədəni turizm potensialını əks etdirən broşürlər və suvenirlər tədbir iştirakçılarına paylanılıb.

Ölkə stendində həmçinin Azərbaycanın istehsalı olan nar şirəsi və şərabların dequstasiyası və şirniyyatlarımızın təqdimatı keçirilib. Dequstasiya zamanı ölkəmizin üzümçülük və şərabçılıq ənənələri, eləcə də “Made in Azerbaijan” brendinə daxil olan şərablar barədə məlumat verilib, Azərbaycan şirniyyatları haqqında ətraflı danışılıb.

Sərginin açılışında iştirak edən Bolqarıstanın turizm naziri Stella Baltova Azərbaycan stendini ziyarət edib və ona ölkəmizin mədəniyyəti və turizm imkanları barədə məlumat verilib. İki ölkə arasında müsbət əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən söz açan S.Baltova sərgidə iştirakımızı Azərbaycan mədəniyyətinin Bolqarıstanda təbliği baxımından yüksək qiymətləndirib.

Sonda Azərbaycan stendi uğurlu iştiraka görə fəxri sertifikatla təltif edilib.

Sertifikatı təqdim edən Veliko Tırnovo şəhərinin meri Daniel Panov bu şəhərdə yerləşən və Bolqarıstanın ən qədim mədəniyyət abidəsi sayılan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun Heydər Əliyev Fondu tərəfindən bərpası və yenidən qurulmasının iki ölkə arasında dostluq əlaqələrinin inkişafına əsaslı təkan verəcəyini vurğulayıb. O, uzun illərdən bəri bolqar xalqının bu arzusunun həyata keçirilməsinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Qeyd edək ki, sərgidə Bolqarıstan, Azərbaycan, Braziliya, Vyetnam, Türkiyə, Çexiya, İspaniya, Yunanıstan və digər ölkələr də daxil olmaqla tanınmış və ekzotik turizm məkanlarını nümayiş etdirən 70-ə yaxın bolqar və xarici şirkətlər, qurumlar iştirak ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!