Qala-Pirallahı yolundan istifadə edən sürücülərin nəzərinə çatdırırıq ki, bu gecə yolda hərəkət məhdudlaşdırılır.
"Azəravtoyol" ASC-dən ASAN Radioya verilən məlumata görə, belə ki, Qala-Pirallahı avtomobil yolunun 3-cü km-də inşa olunan yerüstü piyada keçidinin aşırım hissəsinin montajı ilə əlaqədar olaraq aprel ayının 15-dən 16-na keçən gecədən səhər saat 6-dək avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən ərazidə məhdudlaşdırılacaq. Məhdudlaşdırma eyni saatlarda 16-dan 17-nə keçən gecə də tətbiq olunacaq.
Sürücülər alternativ olaraq Zığ-Türkan-Qala avtomobil yolundan istifadə edə bilərlər.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!