USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
MTRŞ-nın sədri: Tütünlə mübarizədə üzərinə düşən işi həyata keçirməyən televiziyalar cərimələnəcək - Özəl/Audio

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ASAN Radioya eksklüziv müsahibəsində bildirib ki, tütün məmulatlarının zərərli bir hal olduğunu göstərmək, hesab edirəm ki, hər bir vətəndaş üçün və eyni zamanda təşkilat üçün lazımlı bir işdir. Biz də çalışacağıq ki, səlahiyyətlərimiz çərçivəsində bu işi həyata keçirək.

Şura sədrinin sözlərinə görə, çox gözəl haldır ki, burada təmsil etdiyi qurumun üzərinə düşən işlər konkret göstərilib: "Yəni saat neçədən-neçəyə qədər və hansı məzmunda verilişlər yayımlanacaq və hər ay da bunun hesabatı Şuraya təqdim olunacaq. Cərimələr var - bilirsiniz və cərimələr də normal cərimələrdir. Əgər televiziya kanalı bu qanunun tələblərini yerinə yetirməyəcəksə, təbii ki, ona qarşı da tədbirlər görüləcək".

Xatırladaq ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun birinci oxunuşda qəbul olunub

Qanunla Azərbaycanda televiziya və radio efirlərində hər ay 90 dəqiqədən az olmayaraq tütün (siqaret) əleyhinə verilişlər hazırlanaq, bununla bağlı həmin radio və ya televiziya Milli Televiziya və Radio Yayımı Şurasına hər ay hesabat verəcək.

Qanun layihəsinin 12-ci (Kütləvi informasiya vasitələrində tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə biliklərin təbliği) maddəsində qeyd olunur ki, Azərbaycan ərazisində fəaliyyət göstərən bütün televiziya və radio yayımçıları müvafiq icra hakimiyyəti orqanlarının, elm müəssisələrinin və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə tütün istifadəsinin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlər hazırlamalı, bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırmalıdır.

Bu verilişlərin 45 dəqiqəsi saat 17:30-23:00 arasında olmaqla, saat 08:00-23:00 arasında yayımlanmalı, verilişlərin surəti hər ay Milli Televiziya və Radio Yayımı Şurasına təhvil verilməlidir.

MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmlinin müsahibəsindən bir hissə: 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!