USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev: "Silah ticarəti artıq Azərbaycana böyük həcmdə valyuta gətirir"

Yeni bazarlara çıxış əldə etmək üçün xarici bazarlar geniş təhlil edilməli, ənənəvi bazarlarda isə mövqelərimiz möhkəmləndirilməlidir. Bunun üçün isə logistika mərkəzlərinin yaradılması xüsusi əhəmiyyətə malikdir”.

ASAN Radio xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.

İ. Əliyev qablaşdırma sənayesinin inkişaf etdirilməsi, ölkəmizdə yaradılan böyük müəssisələrdə istehsal edilən xammaldan geniş istifadənin vacibliyini diqqətə çatdırıb. O, neft və qazla yanaşı, qızıl, gümüş yataqlarımızın mövcudluğunu, Daşkəsən dəmir filizi yatağının işləməsinin gündəmdə duran məsələlərdən biri olduğunu vurğulayıb. Yeni ixrac istiqamətləri arasında hərbi texnikanın ixracını vurğulayan Prezident silah ticarətinin artıq ölkəyə böyük həcmdə valyuta gətirdiyini qeyd edib, xarici mediada reklam kampaniyalarına başlanmasının zəruriliyini söyləyib. 

Meyvə-tərəvəz məhsullarının, xalçaçılığın, heyvandarlığın, balıqçılığın, mineral suları sahəsinin inkişafından, şərab zavodlarının tam gücü ilə fəaliyyət göstərməsindən, yun tədarükü üçün fabrikin yaradılmasının vacibliyindən danışan Prezident bildirib ki, emal müəssisələri, yeni konserv zavodları yaradılmalıdır. 

Dövlət başçısı sonda bir daha sahibkarları bu imkanlardan səmərəli istifadə edib, ölkəmizə daha böyük fayda gətirməli olduqlarını diqqətə çatdırıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!