USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakı 2017, oyunlarda iştirak edəcək ölkələri fleşmobla salamlayır

Bakı 2017 Oyunlarına 25 gün qaldığı müddət ərzində, Bakı 2017 İslam Həmrəyliyi Oyunları və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə İçərişəhərdə 200-dən çox gəncin iştirak etdiyi fleşmob keçirilib.

Tədbirin əsas məqsədi Bakı 2017 Oyunlarına 25 günün qalması tarixini qeyd etmək, eləcə də əhalinin oyunlar haqda məlumatlılığını artırmaq, ictimaiyyətdə Oyunların abu havasını yaşatmaq idi.

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının təbliği məqsədilə keçirilən kütləvi aksiyada öncədən təyin olunan yerə toplaşan bir qrup gəncə dəstək verən (fleşmob) 50-dən çöx rəqqas, Oyunlarda iştirak edəcək ölkələrin bayraqları ilə hər kəsi salamlayıb, “Bakı sizi gözləyir” mesajını verdilər. Qeyd edək ki, Bakı 2017-ni təmsil edən 200-ə yaxın könüllü də fleşmobun fəal üzvləri sırasında idi.

Təşkilatçıların qeyd etdiklərinə görə, fleşmobun mahir memarlıq və sənətkarlıq nümunəsi olan İçərişəhərdə keçirilməsi təsadüfi deyil. Bu gün memarlığımızın və mədəniyyətimizin nadir incisi olan İçərişəhər Azərbaycanın tarixi qoruğudur və fleşmobun məhz burada keçirilməsinin əsas səbəbi Azərbaycanın şərq ruhunu qonaq ölkələrə bəyan etməkdir. Yüzillikləri keçərək bu günümüzə qədər gəlib çatan İçəri şəhər memarlıq kompleksi tarixin bir çox sirlərini öz divarlarında, dar küçələrində qoruyub yaşadır. Ölkəmizə təşrif buyuracaq qonaqlar şərqin nadir incisini, memarlıq nümunəsini görməklə bərabər, eyni zamanda özlərini tarixin bir parçası kimi də, hiss edəcəklər.

“Fleshmob”-da iştirak edən Kamran Qədirli tədbirdən aldığı xoş təəssüratı belə bölüşdü: “İştirakçı olaraq, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının bir hissəsi olduğuma görə çox sevinirəm. Oyunlara artıq çox az bir vaxt qalır və həyəcan getdikcə artır. Bu gün də bura yığışmağımızın əsas məqsədi bizim burada yaşadığımız həyəcanı hamı ilə paylaşmaqdır. Əminəm ki, Oyunlar zamanı qonaqlar Bakımızın gözəlliyinə heyran qalacaq.”

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!