USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti yerli jurnalistlər üçün təlim təşkil edəcək

Azərbaycanda Formula-1 yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) aprelin 21-də və 23-də Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində yerli media nümayəndələri üçün “Formula-1 yarışının ümumi qaydaları ilə nəzəri və praktiki tanışlıq” mövzusunda ikigünlük təlim keçirəcək.

ASAN Radio xəbər verir ki, təlimin ilk günündə iştirakçılar Formula-1 dünya çempionatının keçirilmə qaydaları, yarışın idarə olunması və ona nəzarət edən heyətin, o cümlədən marşalların əsas vəzifələri, həmçinin çempionatla əlaqədar digər zəruri məqamlar haqqında nəzəri biliklər əldə edəcəklər.

Təlimin ikinci günündə isə BŞH-nin tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubunun nümayəndələrinin iştirakı ilə Avropa Oyunları Parkında yerləşən təlim trekində Formula-1 Qran-Pri yarışı simulyasiya olunacaq. Burada iştirak edən jurnalistlər yarışın idarə olunması və ona nəzarətlə əlaqədar praktiki biliklərə yiyələnəcək və qaydaların necə tətbiq olunduğunu müşahidə edəcəklər.

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai media nümayəndələrini yerli jurnalistlər üçün keçiriləcək xüsusi təlimə dəvət edərək deyib: “Biz yerli jurnalistlərin Formula-1 yarışının incəliklərinə yiyələnmələri üçün mütəmadi olaraq təlimlər təşkil edirik. Şübhəsiz ki, dünya əhəmiyyətli Formula-1 çempionatını səhih və oxunaqlı şəkildə təqdim etmək üçün jurnalist ilk növbədə trekdə nə baş verdiyinə dərindən bilməlidir. Bu məqsədlə biz yarışın əsas reqlamentlərinə işıq salmaq üçün bilavasitə Bakı Marşal Klubunu təlimçi qismində işə cəlb edirik. Əhatə etdiyi mövzunun xüsusiyyəti baxımından bu dəfə keçirəcəyimiz təlim bu ilin yayında Bakıda baş tutacaq Azərbaycan Qran-prisindən əvvəl keçiriləcək sonuncu irimiqyaslı təlim olacaq. Buna görə də Formula-1 ilə tanış olmaq istəyən bütün jurnalistləri bu fürsətdən yararlanmağa çağırıram”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!