USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
UEFA Çempionlar Liqası: “Atletiko Madrid”  yarımfinala vəsiqə qazanan ilk komandadır

UEFA Çempionlar Liqasının ilk yarımfinalçısı “Atletiko Madrid” komandası olub. İlk oyunda Madriddə minimal hesabla qalib gələn “Atletiko” komandası İngiltərədə “Lester Siti” ilə matçda 1:1 hesablı heç-heçə edərək adını yarımfinala yazdırıb.

 

ASAN Radio xəbər verir ki, oyunda hesab matçın 26-cı dəqiqəsində açılıb. Madridlilərin heyətində Saul Niguez dəqiq zərbə ilə komandasını hesabda irəli çıxarıb. İlk hissə bu hesabla başa çatıb.

 

Qarşılaşmanın ikinci hissəsində oyunda dönüş yaratmaq istəyən “Lester Siti” 61-ci dəqiqədə hesabı bərabərləşdirib. Komandanın ulduz futbolçusu Ceymi Vardi adını tabloya yazdırıb.

 

Qalan dəqiqələrdə qapılara top vurulmayıb və iki oyunun nəticəsinə görə 2:1 hesabı ilə qalib gələn “Atletiko Madrid” komandası UEFA Çempionlar Liqasının ilk yarımfinalçısı olub.

 

Xatırladaq ki, “Atletiko” komandası ötən il UEFA Çempionlar Liqasının finalında əzəli rəqibi “Real”a məğlub olmuşdu.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!