USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq məsələləri müzakirə edilib

Mayın 4-6-da Bakıda UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin tərəfdaşlığı ilə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.

ASAN Radio xəbər verir ki, aprelin 19-da Bakı Konqres Mərkəzində Foruma hazırlıqla bağlı müxtəlif qurumların nümayəndələrinin iştirakı ilə iclas keçirilib.

İclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlərarası dialoq platformasına çevrilməsindən söhbət açıb. "Bakı prosesi"ndən danışan nazir Forumun getdikcə daha vacib platformaya çevrildiyini və 100-dən çox ölkənin nümayəndəsini bir araya gətirdiyini vurğulayıb. Forumun əsas məqsədinin siyasi, mədəni və dini sahədə əməkdaşlığı, mədəniyyətlərarası dialoq prosesini təşviq etmək olduğu diqqətə çatdırılıb.

"Bakı prosesi" haqqında geniş məlumat verən mədəniyyət və turizm naziri Avropa və İslam ölkələrinin mədəniyyət nazirlərinin 2008-ci ildə Bakıda keçirilən toplantısından söz açıb. O, "Bakı prosesi"nin həm mədəniyyətlərarası dialoqun qurulmasında, həm də beynəlxalq təşkilatların əməkdaşlığının inkişafında vacib platforma olduğunu qeyd edib. Bildirib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Prezident İlham Əliyevin təşəbbüsü olmaqla dünyanın nüfuzlu beynəlxalq qurumları - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nu tərəfdaş kimi cəlb edən yeganə platformadır.

Nazir deyib ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə Bakı şəhərində IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına əsasən aidiyyatı qurumların nümayəndələrinin iştirakı ilə keçirilən bugünki iclas bir daha göstərir ki, həmin qurumlar bu işə ciddi yanaşır və üzərlərinə düşən işləri görürlər.

Nazir bu sərəncamdan irəli gələn vəzifələrin icra vəziyyəti ilə bağlı geniş məlumat verib.

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını söyləyən Ə.Qarayev hazırlıq prosesinin son mərhələyə qədəm qoyduğunu bildirib. Forum çərçivəsində dünya mədəniyyət və turizm nazirlərinin üçüncü toplantısı, maliyyə, iqtisadi, siyasi, mədəni və sosial sahələrdə fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərlərinin ilk dəfə birgə yüksək səviyyəli görüşü, mədəniyyətlərarası dialoq, mədəniyyət və irs, insan təhlükəsizliyi, sülh və davamlı inkişaf, miqrasiya, ekstremizmlə mübarizə, din, turizm, təhsil, elm, gənclər, media kimi mövzularda plenar iclaslar və panel sessiyalar keçiriləcək. Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı keçiriləcək, həmçinin parlament rəhbərləri foruma qatılacaqlar.

Mədəniyyət və turizm naziri Forumla bağlı BMT-də keçirilən görüşlərdən də söz açıb. Bildirib ki, Forum canlı olaraq 8 dildə BMT-nin saytı vasitəsilə yayımlanacaq.

Forumda iştirak edəcək qonaqların siyahısında beynəlxalq təşkilatların rəhbərləri, nazirlər, deputatlar, səfirlər, tanınmış elm adamları yer alıblar. Forum çərçivəsində 40-dan çox dinləmələr təşkil olunacaq.

Nazir deyib ki, Forumda könüllülərin də qüvvəsindən səmərəli istifadə ediləcək.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vasif Eyvazzadə forumda müzakirə olunacaq mövzular barədə ətraflı məlumat verib.

Bildirib ki, bu Forum vasitəsilə Azərbaycan mədəni potensialını beynəlxalq mühitdə möhkəmləndirməyə çalışır, həmçinin mədəniyyətlərarası dialoq konteksindən körpü rolunu həyata keçirir.

Qeyd edilib ki, dördüncü Forumun proqramı olduqca zəngindir.

İştirakçılar forumun proqramı ilə bağlı məlumatlandırılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!