USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Yevlax rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığorta çərçivəsində yeni sistemin tətbiqinə başlanılıb

Yevlax rayonunda və Mingəçevir şəhərində icbari tibbi sığortanın pilot layihə çərçivəsində tətbiqi uğurla davam edir. Yevlax rayon Mərkəzi Xəstəxanasında tibbi xidmətlərin keyfiyyətini yüksəltmək məqsədilə bir sıra yeniliklər həyata keçirilib. 

ASAN Radio xəbər verir ki, burada fəaliyyətə başlayan Ailə Sağlamlıq Mərkəzi vətəndaşların tibbi xidmətlərə əlçatanlığını artırmaq məqsədi ilə yaradılıb. Bu mərkəzdə xəstələr ilkin olaraq ailə həkimləri tərəfindən müayinə və müalicə edilir, zərurət yaranarsa, xəstəxanaya və ya ixtisaslaşmış həkimlərin müayinə və müalicəsi üçün istiqamətləndirilir.

Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Azər İsmayılov daha bir yenilik haqqında məlumat verib. Belə ki, Yevlax rayonunun əhalisinə xidmət göstərən Təcili Təxirəsalınmaz Tibbi Yardım (TTTY) xidmətinin səmərəliliyini artırmaq, xəstələri mümkün qədər operativ və keyfiyyətli tibbi xidmətlə təmin etmək məqsədilə Yevlax Mərkəzi Rayon Xəstəxanası nəzdində TTTY şöbəsi qurulmuş və qabaqcıl ölkələrdə təcili və təxirəsalınmaz tibbi yardımın təşkilində geniş istifadə olunan “çeşidləmə” (“triaj”) sisteminin tətbiqinə başlanılmışdır.

Yeni tipli TTTY xidməti xəstənin ambulans üçün çağırışından başlamış onun tibbi xidmətin digər səviyyəsinə (İSX, ambulator və ya stasionar tibbi xidmət) yaxud evə göndərişinə qədər olan mərhələləri əhatə edir. Ambulans çağırışı zamanı xəstənin vəziyyəti qiymətləndirilir, ilkin tibbi yardım üçün məsləhətlər verilir və xəstənin ehtiyaclarına uyğun olaraq həkim briqadası göndərilir. Xəstə ambulansla xəstəxanaya gətirildikdə və ya fərdi qaydada özü müraciət etdikdə TTTY şöbəsinə qəbul zamanı xəstənin vəziyyəti qiymətləndirilir və onun statusu “təxirəsalınmaz”, “təcili” və ya “təcili olmayan” hallar üzrə müəyyən edilir. İlkin tibbi müdaxiləyə daha çox ehtiyacı olan xəstələrə dərhal tibbi xidmət göstərilir. İlkin tibbi xidmətdən sonra xəstələr əlavə müayinə və müalicəyə ehtiyac olduqda tibbi xidmətin digər səviyyələrinə yönləndirilir, hər hansı bir tibbi xidmətə ehtiyac olmadıqda isə evə buraxılır. Şöbədə ilkin cərrahi, ilkin travmatoloji, pediatrik və reanimasiya xidmətlərinin həyata keçirilməsi üçün şərait mövcuddur.

“Triaj” sistemi xəstələrin ehtiyaclarına uyğun çeşidlənməsinə, onlara göstərilən tibbi xidmətlərin effektivliyinin və keyfiyyətinin artırılmasına, xəstələrin lüzumsuz stasionar tibbi xidmətə qəbuluna, səhiyyə xərclərinin daha səmərəli istifadə olunmasına şərait yaradır.

Yevlax rayonunda reallaşdırılan daha bir yenilik isə diaqnostik laboratoriyanın yenidən qurulmasıdırdır. Hazırda, Mərkəzi Xəstəxanada 24 saat fəaliyyət göstərən müasir avadanlıqlarla təmin olunmuş yeni laboratoriya qurulub. Ən müasir tələblərə cavab verən laboratoriyada güclü maddi-texniki baza yaradılıb, laborator müayinələrin aparılması tamamilə avtomatlaşdırılıb, həkim otaqları kompüter, internet və telefonla təmin edilib, laborator müayinə nəticələrinin kağız üzərində arxivləşdirilməsinə son qoyulub. Laboratoriyada aparılan müayinələr avtomatlaşdığından müayinə nəticələrinin cavablandırılması üçün də daha az vaxt sərf olunur. Eyni zamanda, xəstələr öz müayinə nəticələrini xəstəxanaya gəlmədən belə, onlara verilmiş kod əsasında internet vasitəsi ilə əldə edə bilərlər.

A.İsmayılovun bildirdiyinə əsasən, növbəti mərhələdə uşaqların profilaktik vaksinasiyası haqqında da məlumatların valideynlərə bildirilməsi avtomatlaşdırılacaq. Belə ki, xüsusi proqramın köməyi ilə valideynlərə övladlarının növbəti peyvənd tarixi barədə SMS vasitəsilə bildiriş göndəriləcək. Məqsəd uşaq əhalisinin profilaktik vaksinasiyasından yayınmasının və mümkün gecikmələrin qarşısını almaqla, əhalinin sağlamlığının qorunmasını təmin etməkdir.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!