USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
BNA: İslamiada zamanı 200-dən çox avtobus fasiləsiz xidmət göstərəcək

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının miqyasını və xüsusi əhəmiyyətini nəzərə alaraq, Oyunlar ərəfəsində və Oyunlar zamanı göstəriləcək nəqliyyat xidmətlərinin təşkili ilə bağlı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Məqsəd, mötəbər idman tədbiri zamanı və hazırlıq mərhələsində Bakı Nəqliyyat Agentliyi tərəfindən görülməsi nəzərdə tutulan tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsini təmin etməkdir.

BNA-dan ASAN Radioya verilən məlumata görə, qurum tərəfindən hazırlanan xüsusi Tədbirlər Planına əsasən, ilkin mərhələdə oyunlarda iştirak edəcək atletlərin nəqliyyat tələbatının təmin edilməsi sahəsində çalışacaq sürücülərin siyahısı hazırlanaraq İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinə təqdim edilib. Müvafiq yoxlamadan keçmiş sürücülər BNA-nın Sürücü-Təlim Mərkəzində xüsusi təlimlərə cəlb edilib.

Bununla yanaşı, atletlər üçün nəqliyyat mərkəzinin yaradılması ilə əlaqədar “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi müvəqqəti olaraq Milli Gimnastika Arenası ilə üzbəüz əraziyə köçürülüb. Burada sərnişinlərin rahatlığı və təhlükəsizliyinin artırılması məqsədi ilə müvafiq işlər görülüb. Belə ki, ərazidə avtobusların sürətinin azaldılması tədbirləri yerinə yetirilib, əlavə işıqlandırma projektorları quraşdırılıb, istiqamətləndirici və məlumatlandırma lövhələri yerləşdirilib.

Açılış və bağlanış mərasimlərinə biletli tamaşaçıların ödənişsiz daşınması üçün Bakı Olimriya Stadionu və 3 istiqamət üzrə (“20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” metro stansiyaları) ekspress xətt təşkil edilib. Exspress xətlər üzrə tamaşaçıların rahat, eyni zamanda təhlükəsiz daşınması üçün BNA-nın göstərişinə əsasən, müvafiq avtobus daşıyıcıları tərəfindən müəyyən edilmiş 200-dən çox avtobus cəlb ediləcək. Bu avtobusların müəyyən edilmiş qrafik üzrə fasiləsiz hərəkəti 35 nəfərlik dispetçer qrupu tərəfindən təmin ediləcək.

1-30 may tarixlərində İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən akkreditasiya edilmiş şəxslərin (könüllülər, işçi qüvvəsi, media nümayəndələri və s.) müntəzəm avtobus marşrutlarından ödənişsiz istifadəsi də Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil ediləcək. Artıq bununla bağlı paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcılara tapşırıq verilib.

Tədbirlər planına uyğun olaraq, oyunlar zamanı bütün idman arenalarının ictimai nəqliyyat ilə təmin edilməsi, o cümlədən mövcud müntəzəm marşrut xətlərinə dəyişikliklərin edilməsi, zəruri hallarda qrafiklərin dəyişdirilməsi, avtobusların sayının artırılması və digər aidiyyəti işlərin aparılması da agentlik tərəfindən təmin ediləcək. Bu və oyunların nəqliyyat tədbiri ilə bağlı bütün digər zəruri məlumatlar BNA-nın www.bna.az rəsmi internet səhifəsi, BNA-nın “facebook” səhifəsi və BNA-ya məxsus AvtoRadio (107.7 fm) vasitəsi ilə ictimaiyyətə çatdırılacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!