IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar rəsmi akkreditasiyadan keçmiş şəxslər və fəaliyyət göstərən könüllülər may ayının 1-dən 30-dək Bakı metrosundan pulsuz istifadə edəcəklər.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ASAN Radioya məlumat verib.
O bildirib ki, artıq vəsiqələrin nümunələri metronun stansiyalarına paylanılıb. May ayının 1-dən etibarən vəsiqələri göstərməklə metrodan pulsuz istifadə etmək mümkündür.