USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Zaqatala növbəti «Kütləvi çıxarış» kampaniyasının ünvanı olub

Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanda daşınmaz əmlakın qeydiyyatının maksimum sadələşdirilməsi üzrə tədbirləri davam etdirir. Bu sahədə sosiallığın və vətəndaş məmnuniyyətinin artırılması üzrə mütəmadi olaraq işlər görülür. Sösial layihələrin tətbiq edilməsi ilə seçilən komitənin həyata keçirdiyi fəaliyyət növlərindən biri də «Kütləvi çıxarış» kampaniyasıdır. Kampaniya komitənin qeydiyyat xidmətlərini bir başa ünvanlarda əhaliyə çatdıraraq onları vaxt itkisi olmadan çıxarış əldə etməsinə imkan yaradır. Kampaniyanın ən vacib cəhəti onun bütün rayonları və kəndləri əhatə etməsidir. Belə ki, bu kampaniya çərçivəsində hətta ən ucqar kəndlər də daxil olmaqla, yüzlərlə yaşayış məntəqəsinin sakinləri əmlaklarını sənədləşdiriblər. Çıxarışlar paytaxt və digər şəhərlərdə yerləşən hündürmərtəbəli binalardakı mənzillərə, müxtəlif növ əmlaklara verilir.

Budəfəki “Kütləvi çıxarış” kampaniyası 21 aprel tarixində Zaqatala rayonu və onun bir neçə kəndində keçirilib. Keçirilən kampaniya nəticəsində 60-a yaxın rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Kampaniya çərçivəsində mobil ofislərə müraciət edən 50-dən çox sakindən isə öz əmlaklarına dair çıxarış almaq üçün ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib. Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi “Kütləvi çıxarış” kampaniyasını kənd təsərrüfatı ilə məşğul olunan sahələrdə, birbaşa kəndlilərin işlədikləri tarlalarda, əkin biçin yerlərində də keçirir. Kampaniya vətəndaşların vaxtlarını daha səmərəli planlaşdırmağa, əmlaklarına sənəd almaq üçün əlavə ünvanlara getmədən qeydiyyat xidmətlərindən yararlanmağa şərait yaradıb. Sakinlər sənədləşdirmənin belə sürətli və rahat şəkildə olmasından, xidmətlərin onların ünvanına çatdırılmasından və göstərilən müxtəlif növ qeydiyyat xidmətlərindən razılıqlarını ifadə ediblər.

Kampaniya çərçivəsində daşınmaz əmlaklarına çıxarış almaq üçün müraciət edən, lakin ilkin sənədləri qaydasında olmayan və çatışmazlıqlar olan bir qrup kənd sakininə hüquqi yardım xidmətləri də göstərilib. Sənədlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qaydaya salınması və çatışmayan sənədlərin müvafiq icra hakimiyyəti orqanlarından alınması ilə bağlı hüquqi məsləhətlər verilib. Vətəndaşlar komitə əməkadaşları tərəfindən xidmət haqqı və dövlət rüsumunu əvvəlcədən öyrənməyə imkan verən “Daşınmaz əmlakın qeydiyyatı” kalkulyatoru barədə məlumatlandırılıblar. Məbləğin əvvəlcədən dəqiq bilinməsi isə sənədləşdirmə işi üçün zəruri xərcləri dəqiq planlaşdırmağı təmin edir, vətəndaş məmur münasibətlərini minumuma endirir.

Kampaniyanın müntəzəm keçirilməsi hüquqi qeydiyyatlı əmlakların sayının artmasına, paytaxtla yanaşı regionlarda da leqal əmlak dövriyyəsinin və daşınmaz əmlak bazarının aktivləşməsinə gətirib çıxarır. Sənədləşdirilmiş əmlakdan girov, ipoteka və digər əməliyyatlarda, eləcə də gəlir məqsədli müxtəlif proseslərdə istifadə oluna bilər.

Qeyd edilməlidir ki, “Kütləvi çıxarış” kampaniyası ilə yanaşı respublikanın hər bir bölgəsində komitənin xüsusi nəqliyyat vasitələri ilə vətəndaşlara fərdi qaydada gündəlik olaraq mobil ofis xidmətləri də göstərilir Bu kampaniyalar çərçivəsində vətəndaşlara fərdi qaydada çıxarışların təqdim olunması, ilkin sənədlərin qəbulu həyata keçirilir. Məlumat üçün bildirək ki, bu il ərzində mobil ofis vasitəsilə 20 minə yaxın vətəndaşa qeydiyyat və bir sıra xidmətlər göstərilib.

Komitə tərəfindən bu il ərzində 10 “Kütləvi çıxarış” kampaniyası keçirilib. Bunlardan 2-si paytaxtda 8- i isə regionlarda baş tutub. Bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!