USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
DYƏT Baş Direktorlar Konfransının iclası keçirilib

Minskdə Dəmir Yolları Əməkdaşlıq Təşkilatının Baş Direktorlar Konfransının XXXII iclası keçirilib.

ASAN Radio “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadla xəbər verir ki, görüşdə DYƏT-in “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Oleq Belozyorov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin birinci müavini Əlirza Süleymanov, “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədri Voytsex Balçun və “Qazaxıstan Dəmir Yolu” SC-nin vitse-prezidenti Arman Sultanov və DYƏT üzvü olan digər ölkələrin dəmir yolu rəhbərləri iştirak ediblər.

Tədbirdə DYƏT-in 2016-cı il üzrə Yük daşımaları, Sərnişin daşımaları, İnfrastruktur və hərəkət heyəti, Kodlaşma və informatika, Maliyyə və hesablama məsələləri, dəmir yolları arasında qarşılıqlı hesablaşmalar və borc ödənilməsi, dəmir yolu daşımaları sahəsində peşəkar təlim/hazırlıq üzrə müvəqqəti işçi qrupunun fəaliyyəti, Koreya Respublikasının DYƏT üzvlüyü, DYƏT-in 2016-ci il üçün fəaliyyət hesabatı, DYƏT-in 2018-ci il və sonrakı illər üçün Fəaliyyət Proqramı, DYƏT-in birləşdirilmiş müəsissəsi statusunun verilməsi, eləcə də DYƏT Baş direktorlar Konfransının XXXIII iclasının ilkin gündəliyi, tarixi və keçirilmə yeri haqqında məsələlər müzakirə olunub.

Tədbirin sonunda müvafiq sənədlər imzalanıb.

Xatırladaq ki, Dəmir Yollarının Əməkdaşlığı Təşkilatı (DYƏT) 28 iyun 1956-cı ildə Bolqarıstan Respublikasının Sofiya şəhərində dəmir yoluna rəhbərlik edən nazirlərin müşavirəsində yaradılıb. Təşkilatın mövcud olması və işi beynəlxalq xarakter daşıyan DYƏT haqqında Əsasnaməyə əsaslanır. 27 ölkənin dəmir yolu nəqliyyatına rəhbərlik edən nəqliyyat nazirlikləri və mərkəzi dövlət orqanları DYƏT-in üzvləridir.

DYƏT-in ali rəhbər orqanı Nazirlər Müşavirəsi, dəmir yolu müəssisələri səviyyəsində DYƏT-in dəmir yolları baş direktorlarının Konfransıdır. DYƏT-in icra orqanı Komitədir.

 

Qeyd edək ki, Azərbaycan Dəmir Yolları QSC 1993-cü ilin iyul ayından Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının (DYƏT) üzvüdür.

 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!