Aprelin 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
ETSN-nin Milli Hidrometeorologiya departamentindən ASAN Radioya bildirilib ki, mülayim şimal-qərb küləyi gündüz güclü olacaq. Havanın temperaturunun gecə 7-10° isti, gündüz 14-17° isti, Bakıda gecə 7-9° isti, gündüz 14-16° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.
Xəbərdarlıq
Aprelin 25-də gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!