USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda bəzi növ avtomobillərin hərəkətinə yalnız saat 22:00-dan 07:00-dək icazə veriləcək

IV İslam Həmrəyliyi Oyunları zamanı yük maşınları, o cümlədən təmir, məişət tullantıları ilə məşğul olan və xidməti, firmada çalışan avtomobillərin hərəkətinə axşam saat 22:00-dan səhər 07:00-a qədər icazə veriləcək.

Bunu ASAN Radioya Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Bununla bağlı Nazirlər Kabinetinin qərar çıxardığını bildirən K.Əliyev qeyd edib ki, hər hansı yük avtomobilinin sutkanın digər saatlarında hərəkətetmə zərurəti yarandığı halda, Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilməlidir. Bu müraciətə baxılacaq və zərurət yarandığı halda həmin avtomobilin sutkanın digər saatlarında hərəkətinə icazə veriləcək.

K.Əliyev, həmçinin vurğulayıb ki, artıq gələn həftədən IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakıda çəkilən xüsusi zolaqlara yalnız Oyunlar üçün nəzərdə tutulan nəqliyyat vasitələri buraxılacaq. Mayın 25-nə qədər aidiyyəti olmayan maşınlar zolağa girsə, 40 manat məbləğində cərimə olunacaqlar.

Xatırladaq ki, mayın 12-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!