USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
E.Məmmədyarov: Güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməzdir 

Xarici işlər naziri Elmar Məmmədyarov Litva Respublikasına rəsmi səfəri çərçivəsində Seyminin sədr müavini Gediminas Kirkilas, Xarici Əlaqələr üzrə Komitəsinin Sədri Yuozas Bernatonis və Azərbaycan Respublikası ilə Parlamentlərarası Əlaqələr üzrə Qrupunun rəhbəri Valeriyus Simulik və qrupun digər üzvləri ilə geniş tərkibdə görüş keçirib.

XİN-dən ASAN Radioya bildirilib ki, görüşdə Azərbaycan və Litva arasında diplomatik münasibətlərin 1918-ci ildə yaradıldığı vurğulanaraq Azərbaycan Demokratik Cümhuriyyətində Litvanın Konsulluğunun fəalliyyət göstərdiyi və gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 100 illiyinin qeyd olunacağı diqqətə çatdırılıb. Bu əlamətdar hadisə çərçivəsində hər iki ölkənin parlamentləri və digər qurumları səviyyəsində yubiley xarakterli müxtəlif tədbirlərin keçirilməsinin vacibliyi qeyd olunub. 

Keçirilmiş görüşlər əsnasında Azərbaycan və Litva arasında dostluq münasibətlərinin müxtəlif sahələr üzrə inkişafından məmnunluq ifadə edilib və ikitərəfli əlaqələrin dərinləşdirilməsi baxımından qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Həmçinin, iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün birgə səylərin artırılması vacibliyi önə çəkilib.

Eyni zamanda parlamentlərarası diplomatiyanın əhəmiyyətinə toxunularaq bu xüsusda parlamentlərarası işçi qrupları səviyyəsində mütəmadi təmasların vacibliyi vurğulanıb. İkitərəfli formatla yanaşı, Azərbaycan və Litvanın beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığı qeyd olunub. 

Nazir Elmar Məmmədyarov Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri və hal-hazırda Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair saziş layihəsi üzərində aparılan danışıqlar barədə həmsöhbətlərə məlumat verib. Litvanın Azərbaycanın Aİ ilə əlaqələrinin inkişaf etdirilməsinə verdiyi dəstək təqdir olunub. 

Görüşdə həmçinin nəqliyyat dəhlizləri layihəsi, o cümlədən Şimal-Cənub layihəsinin əhəmiyyəti xüsusi qeyd edilərək, bu layihənin Hind okeanı hövzəsi ilə Baltik regionu arasında dəmir yol vasitəsilə uzlaşma yarada biləcəyi və nəticə etibarilə, Litvanın şirkətlərinin də bundan faydalanacağı diqqətə çatdırılıb. 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan nazir Elmar Məmmədyarov münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli edilməli olduğunu və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə əsasən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş ərazilərdən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalı olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməzdir. 

Görüş əsnasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!