Dünyada yaxın altı ay ərzində 20 milyon insan aclıqdan ölə bilər.
ASAN Radionun BMT-nin internet saytına istinadən verdiyi məlumata görə, bu barədə qurumun Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qratsianu da Silva FAO Şurasının 165-ci sessiyasında bildirib.
Onun sözlərinə görə, təcili tədbirlər görülməsə, Nigeriya, Somali, Cənubi Sudan və Yəməndə yaşayan 20 milyon insan aclıqdan ölə bilər. Bunun əsas səbəbləri bölgədəki münaqişələr və quraqlıq hesab edilir.
Təşkilatın sessiyası çərçivəsində qeyd olunan ölkələrdə qida böhranın miqyası barədə məlumat veriləcək, fəlakətin qarşısının alınması üçün lazımı tədbirlər paketi təklif olunacaq. Sessiya çərçivəsində FAO-ya üzv dövlətlərin məcburi ödənişlər şkalasına dair yeni təkliflər də müzakirə olunacaq.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!