USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
E.Məmmədyarov Vilnüs Universitetində Azərbaycan Auditoriyasının açılış mərasimində iştirak edib

Azərbaycan Auditoriyasının açılış mərasimində xarici işlər naziri Elmar Məmmədyarovu Litvanın xarici işlər nazirinin müavini Daurius Skuçevius və Universitetin rektoru Arturas Zakauskas müşayiət edib.

XİN-nin mətbuat xidmətindən ASAN Radioya bildirilib ki, Vilnüs Universitetində Azərbaycan auditoriyasının yaradılması universitetin müəllim və tələbə kollektivinin Azərbaycanın həqiqətləri, tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti barəsində məlumatlandırmaq, Azərbaycan ilə əlaqədar elmi-tədqiqat işlərinə dəstək vermək məqsədi daşıyır.

Azərbaycan üslubunda tərtib olunan auditoriyada seminar, mühazirə, film təqdimatı kimi müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Auditoriyada ölkəmizə dair çoxsaylı kitablar, eləcə də litva dilində Azərbaycan haqqında dərc edilmiş nəşrlər və digər əyani vasitələr də yer alıb.

Auditoriya ilə tanış olan xarici işlər naziri Elmar Məmmədyarov mərkəzin iki ölkə arasında elmi və humanitar xarakterli təmasların təşviqinə, tələbələrarası əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə ümidvarlığını ifadə edib.

Nazir Elmar Məmmədyarov Azərbaycan auditoriyasının açılışında iştirak edən litvalı jurnalistlərin suallarını cavablandırıb. Həmçinin Vilnüs Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

Vilnüs Universiteti Şərqi Avropanın ən qədim universitetlərindən biridir. Universitetdə Azərbaycandan 44 nəfər tələbə təhsil alır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!