USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Bakı-2017”: su səyahətinin Qax mərhələsi Ram-rama şəlaləsindən başlayıb

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə bağlı “Xəzərdən başlayan su səyahəti”nin növbəti estafetini aprelin 25-də Qax rayonu qəbul edib.

ASAN Radio xəbər verir ki, su səyahətinin Qax mərhələsi respublikamızın dilbər guşələrindən biri sayılan qədim İlisu kəndindəki Ram-rama şəlaləsindən başlayıb.

Rayon mərkəzindən 12 kilometr məsafədə, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə, Kürmük və Hamamçay çaylarının sahilində yerləşən İlisu kəndi Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Tarixi və təbiət abidələri ilə zəngin olan bu diyar termal suları və füsunkar şəlalələri ilə də tanınır. Bu şəlalələrdən ən məşhuru Ram-rama şəlaləsidir. Öz başlanğıcını “Latlar” adlanan dağ sahəsindəki bulaqlardan götürən və hündürlüyü təxminən 70 metr olan Ram-rama şəlaləsi Azərbaycanda ən yüksək şəlalə hesab olunur. Yerli əhali bu şəlaləni İlisu kəndinin üzük qaşı da adlandırır. Sərt keçən qış aylarında şəlalənin suyu donur və əsrarəngiz mənzərə yaradır.

Su mərasimi səhər saatlarında Ram-rama şəlaləsindən “Bakı-2017”nin misdən hazırlanmış səhənginə suyun doldurulması ilə başlanıb. Şəlalədən suyu Qax şəhər 5 nömrəli tam orta məktəbin şagirdi, voleybol və rəqs həvəskarı Ayşən Hüseynova, yunan-Roma güləşi üzrə Avropa çempionatının bürünc mükafatçısı Əli Əminzadə və sərbəst güləş üzrə SSRİ idman ustası Məmməd Qasımov götürüblər.

Həmin su qabı axşam saatlarında Qax şəhərinin mərkəzi meydanında keçiriləcək su festivalında, mayın 12-də isə “Bakı-2017”nin açılış mərasimində nümayiş etdiriləcək.

Aprelin 25-də günorta saatlarında Qax Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grasspoots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib. Tədbirdə Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova, rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov, layihə rəhbəri Ülviyyə Əkbərova və Oyunların ulduz səfiri Tünzalə Ağayeva çıxış edərək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin həyatında mühüm hadisə olduğunu bildirib, yarış iştirakçılarına uğurlar arzulayıblar.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliği, həmçinin gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan idman müsabiqəsində beş məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib. Onlar idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar. Sonda qaliblərə Əməliyyat Komitəsi tərəfindən hazırlanmış kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə Oyunların bağlanış mərasiminə biletlər təqdim olunub.

IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsindən qürur duyduğunu bildirən Qax Rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramov sevinc hislərini AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Azərbaycan möhtəşəm idman bayramı ərəfəsindədir. Bakının bu Oyunlara ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzunun, sosial-iqtisadi inkişafının göstəricisidir. Sevinirəm ki, Xəzərdən başlayan su səyahəti doğma Qaxımıza da gəlib çatıb. Əminik ki, bu möhtəşəm idman bayramı da yüksək səviyyədə keçəcək və ölkəmiz daha bir tarixi uğura imza atacaq”.

“Xəzərdən başlayan su səyahəti” proqramı çərçivəsində Qax şəhərinin mərkəzindəki meydanda axşam saatlarında “Su festivalı” keçiriləcək, konsert proqramı və atəşfəşanlıq olacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!