USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib

Müdafiə Nazirliyinin rəhbər heyəti Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranmasının 25-ci ildönümünə həsr olunmuş təntənəli tədbirdə iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları hospitalın həyətində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, müasir Azərbaycan dövlətinin banisinin əziz xatirəsini yad ediblər.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Hospitalın yaranma tarixindən, keçdiyi uğurlu və şərəfli inkişaf yolundan danışan Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Natiq Əliyev ölkəmizin ilk hərbi səhiyyə ocağının inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz xidmətlərinin olduğunu deyib.

Tibbi heyətlə görüşən Müdafiə naziri Zakir Həsənov onları yubiley münasibətilə təbrik edərək Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrin hər bir sahəsində olduğu kimi hərbi tibb sahəsinin də sürətlə inkişaf etdiyini vurğulayıb.

Müdafiə naziri ötən ilin aprel ayında cəbhə xəttində baş vermiş döyüşləri, o cümlədən Ermənistanın daim vəziyyəti gərginləşdirmək məqsədilə təxribatlar törətməsini xatırladaraq hərbi tibb mütəxəssislərinin peşəkarlıqlarını artırmalarını, dərin biliklərə və geniş təcrübəyə malik olmalarını xüsusi qeyd edib.

Nazir Silahlı Qüvvələrin tibb heyətinə uğurlar diləyərək hərbi tibb müəssisələrinə müraciət edənlərə yüksək peşəkarlıq və qayğı ilə xidmətin göstərilməsinə dair tapşırıqlar verib.

Sonra səhiyyə sahəsində göstərdikləri xüsusi xidmətlərə görə Müdafiə nazirinin əmri ilə şəxsi heyətin bir qrupu təltif olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!