USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Fransa XİN-in idarə rəisi: "Azərbaycanla Aİ arasında sazişin tezliklə imzalanmasını dəstəkləyirik"

Xarici işlər naziri Elmar Məmmədyarov Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin kontinental Avropa idarəsinin rəisi Florans Manjənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ASAN Radioya verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib, iki ölkə prezidentinin qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərə mühüm töhfələr verdiyi xüsusi vurğulanıb.

Florans Manjən Azərbaycan prezidenti İlham Əliyevin bu ilin martında Fransaya baş tutan səfərini çox məhsuldar olduğunu deyib, ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. O, həmçinin, Fransa şirkətlərinin Azərbaycanda iqtisadiyyatın müxtəlif sferasında, xüsusən də kənd təsərrüfatı, enerji və nəqliyyat sahələrində işləməkdə maraqlı olduqlarını qeyd edib.

Elmar Məmmədyarov enerji sahəsində iki ölkə arasında uğurlu əməkdaşlığın mövcudluğunu misal çəkərək, digər sahələrdə də fransız şirkətlərinin fəaliyyəti üçün əlverişli imkanların olduğunu bildirib. Nazir TAP layihəsi, eləcə də Şimal-Cənub və Şərq-Qərb dəhlizləri üzrə görülən işlər, habelə bu layihələrin perspektivlərindən danışıb.

Florans Manjən iki fransız bankının sözügedən layihələrinin maliyyələşdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Elmar Məmmədyarov Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında “Strateji Tərəfdaşlıq haqqında Saziş” layihəsi üzrə aparılan danışıqlara toxunub. Fransalı diplomat ölkəsinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişləndirilməsini və bu sazişin tezliklə imzalanmasını dəstəklədiyini bildirib.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesindən söz açdı və həlli uzadılmış münaqişələrin həllinə münasibətdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət kimi vahid prinsiplərdən çıxış edilməsinin vacibliyini qeyd edib.

O, zor gücünə dövlətlərin tanınmış sərhədlərinin dəyişdirilməsinin qəbuledilməzliyini və bunun beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu diqqətə çatdırıb. Nazir, həmçinin, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində dəfələrlə bəyan etdikləri kimi indiki status-quonu qəbuledilməz və qeyri-davamlı olduğunu qeyd edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!