Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qazısının vətəndaşa “Seyid Ağa” vəsiqəsi verməsi ilə bağlı yaranan qalmaqala idarə və qazı münasibət bildirib.
ASAN Radionun məlumatına əsasən, QMİ-dən APA-ya bildirilib ki, idarə heç bir vətəndaşa bu tip vəsiqə vermir, bu, qazının şəxsi təşəbbüsü olub: “Möhürdən də göründüyü kimi bu idarənin yox, qazının möhürüdür”.
İdarədən məsələnin araşdırılacağı bildirilib və əlavə edilib ki, Hacı Mirqiyas Təhməzov Cəlilabad, Masallı və Biləsuvar rayonları üzrə qazıdır.
Hacı Mirqiyas Təhməzov isə vəsiqəni özünün verdiyini, bunun üçün peşman olduğunu deyib: “O oğlan Lənkərandandır, üz-üzə gəlsək, tanımaram. O vaxt məni tapıb, seyid nəslindən olduğunu dedi, bunu camaata sübut etmək üçün bir sənəd verməyimi istədi. Mən dedim ki, bunun üçün ona sənəd lazım deyil, seyid nəslindəndirsə, bunu hamı bilməlidir. Fəqir olduğunu, heç kimə bildirmədiklərini dedi. Mən bir neçə şahid gətirəcəyi təqdirdə nəsə fikirləşəcəyimi bildirdim. Dörd şahid gətirdi və mən də onun vəsiqəsinə möhür vurdum”.
Qazı vəsiqədəki 21813 sıra nömrələməsi ilə bağlı isə deyib ki, o, yalnız həmin şəxsin sənədinə möhür vurub: “Vəsiqəni özü hazırlayıb, rəqəmi də özü yazıb. Mən ancaq möhür vurmuşam. Peşmanam və anlayıram ki, düzgün hərəkət etməmişəm. Böyük səhv etmişəm. Heç şəxs mənim qazılıq etdiyim rayonlarda da yaşamır. Özümü işə salmışam”.
Qeyd edək ki, sosial şəbəkələrdə QMİ qazısı Qazı Hacı Mirqiyas Təhməzov tərəfindən Tağıyev Elnur Mirverdi oğluna “Seyid Ağa” vəsiqəsi verilməsi ilə bağlı sənədin fotosu yayılması geniş müzakirələrə səbəb olub.
XƏBƏR LENTİ
İyun 20,2025 10:21
İyun 17,2025 15:59
İyun 17,2025 15:52
May 08,2025 19:28
Fevral 24,2025 17:44
Fevral 24,2025 17:41
Fevral 10,2025 15:24
Dekabr 14,2024 14:24“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!