Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radio olaraq “ASAN Radio” sosial, elm, idman, mədəniyyət və digər sahələrində maraqlı, faydalı verilişlər hazırlayaraq dinləyicilərə təqdim edir. İki ilə yaxındır fəaliyyətdə olan 100 FM həm “ASAN xidmət” mərkəzlərində təmsil olunan, həm də digər dövlət qurumlarının xidmətləri barədə dinləyiciləri ətraflı məlumatlandırır, vətəndaşlarla dövlət qurumları arasında əlaqəni möhkəmləndirir.
Xəbər istehsalçısı olan “ASAN Radio” məlumatları dinləyicilərə operativ şəkildə çatdırır. Bundan başqa, asanradio.az saytı radionun istehsalı olan audio və videomaterialları, ölkədə, xaricdə baş verən hadisələrlə bağlı xəbərləri oxuculara təqdim edir.
“ASAN Radio” sosial mediada fəallığı ilə seçilir və internet üzərindən canlı efirlər, videoreportajlar yayımlayır.
“ASAN Radio” Azərbaycan və dünya musiqisindən seçmələri dinləyicilərə təqdim edir.
“ASAN Radio” beynəlxalq əlaqələr və radiokörpülər qurur, ölkəmizdə və beynəlxalq miqyasda keçirilən mötəbər tədbirləri canlı yayımlayır, sosial aksiyalarda iştirak edir.
Bu il ASAN Radioda eşidəcəyiniz bəzi proqramlarla tanış ola bilərsiniz.
“ASAN Xəbər”
I-VI günlər
08:00 – 19:00
Şənbə: 10:00 - 17:00
Operativ məlumatlar, hadisə yerindən canlı telefon bağlantıları, müsahibələr, reportajlar

“OyanASAN”
I-V günlər
07:00 – 10:00
Aktual xəbərlər, telefon bağlantıları, müsahibələr, reportajlar, sorğular, müsabiqələr

“QəbuldASAN”
Cümə günü, saat 18:00
Təkrarı: çərşənbə günü, saat 16:00
Yüksək rütbəli dövlət məmurları canlı yayımda vətəndaşların suallarını cavablandırır...

“ASAN Cavab”
Çərşənbə axşamı saat 18:00
“ASAN xidmət“in əməkdaşları xidmətlərlə bağlı dinləyicilərin suallarını cavablandırır

“AvropadASAN”
Çərşənbə axşamı, saat 18:30
Təkrarı: cümə axşamı, saat 14:00
Azərbaycanda baş tutan Avropa mədəniyyət tədbirləri...
ADA universitetinin bələdçiliyi ilə...

“Texnovasiya”
Cümə axşamı
Saat 17:00
Dövlət elektron xidmətləri, ən son innovativ yeniliklər barədə məlumatlar...

“Radio-körpü”
Bazar ertəsi
Saat 18:30
Türkiyənin TRT FM radiosu ilə ortaq yayım

“Need for Mix”
Cümə günü, saat: 21:00
Təkrarları: şənbə 23:00, bazar 22:00, çərşənbə 23:00
Dünya çartlarının ən çox sevilən hit musiqiləri DJ-lərin təqdimatında

“Selector”
Şənbə günü, saat 21:00
Təkrarı: bazar günü, saat 16:00
Britaniyanın məşhur ifaçılarının yeni albomları

“Ayna”
I-V günlər
12:00-13:00
Qadın-kişi münasibətləri, sağlamlıq, dəb, müsabiqələr, hədiyyələr

XƏBƏR LENTİ
İyun 20,2025 10:21
İyun 17,2025 15:59
İyun 17,2025 15:52
May 08,2025 19:28
Fevral 24,2025 17:44
Fevral 24,2025 17:41
Fevral 10,2025 15:24
Dekabr 14,2024 14:24“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!