Noyabrın 2-nə keçən gecə Bakıda qatardan qaçan məhkum “Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətindən xüsusi əməliyyat keçirilib.
ASAN Radionun xəbərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onun Qaradağ rayonu ərazisində gizləndiyi yeri müəyyənləşdiriblər. Həmin ünvanda keçirilən əməliyyat zamanı E. Məmmədov və yanındakı şəxslər hüquq-mühafizə orqanı əməkdaşlarına silahlı müqavimət göstəriblər. Nəticədə E. Məmmədov zərərsizləşdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən E. Məmmədovun öldürülməsi faktı təsdiqlənib.
Xatırladaq ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.
Bir neçə gün əvvəl məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlar Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva və müğənni Fədayə Laçındır. Həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, Pentensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub və ya işdən azad edilib.
XƏBƏR LENTİ
İyun 20,2025 10:21
İyun 17,2025 15:59
İyun 17,2025 15:52
May 08,2025 19:28
Fevral 24,2025 17:44
Fevral 24,2025 17:41
Fevral 10,2025 15:24
Dekabr 14,2024 14:24“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!