Artıq iki gündür ki, paytaxtın Nərimanov rayonundakı Atatürk prospektində yerləşən eyni adlı parkda təmir - yenidənqurma işləri aparılır.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, böyük şəxsiyyət Mustafa Kamal Atatürkün adını daşıyan bu parkdakı şərait və vəziyyət günün tələblərinə uyğun deyildi və heç kimi qane etmirdi. Parkin vəziyyəti ilə bağlı ətraf ərazılərdə yaşayan vətəndaşlardan haqlı narazıliq və iradlar daxıl olurdu.
Bildirilib ki, bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyəti ilə birgə parkın əsaslı təmiri və yeniqənqurulması ilə bağlı vətəndaşların istək və arzuları nəzərə alınmaqla yeni layihə sənədləri hazırlanması qəqara alınıb.
Qeyd olunub ki, hazırda parkda təmizlik və yenidənqurmaya hazırlıq işlərinə başlanıb. Yalnız müvəqqəti və qeyri qanuni fəaliyyət göstərən, günün tələblərinə uyğun olmayan, parkda antisanitariya şəraiti yaradan obyeklər sökülüb, rəsmi mülkiyyət sənədləri olan digər obyeklərin sahiblərinə isə müvafiq yenidənqurmalar aparılması tövsiyə olunub.
Yeni layihə əsasında parkda vətəndaşların istirahəti üçün lazımı şərait yaradılacaq, uşaqlar üçün əyləncə qurğuları quraşdırılacaq və yenidənqurma işlərinin qısa müddətdə başa çatdırılaraq buranın sakinlərin ixtiyarına verılməsi nəzərdə tutulmuşdur.
XƏBƏR LENTİ
İyun 20,2025 10:21
İyun 17,2025 15:59
İyun 17,2025 15:52
May 08,2025 19:28
Fevral 24,2025 17:44
Fevral 24,2025 17:41
Fevral 10,2025 15:24
Dekabr 14,2024 14:24“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!