USD - 1.7 EUR - 1.9934 RUB - 2.266 TRY - 0.0376 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb Ötən həftə daha #ASAN oldu - 17-23 fevral 2025
Azərbaycan Gürcüstanla uçuşların bərpasına dair danışıqlar aparır

Azərbaycan və Gürcüstan arasında müntəzəm aviareyslərin bərpası ilə bağlı danışıqlar aparılır.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) qonşu ölkəyə uçuşları gələn ay bərpa edəcəyi gözlənilir.

Bakı-Tbilisi-Bakı reysləri üzrə aviareyslərin həyata keçirilməsinə martın ilk ongünlüyündə başlanılması nəzərdə tutulub.

Xatırladaq ki, Gürcüstan martın 1-dən Azərbaycan üçün hava məkanını açacaq. Həmin tarixdən etibarən Gürcüstana hava yolu ilə səfər edəcək Azərbaycan vətəndaşları PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış təqdim etməklə qonşu ölkəyə daxil ola biləcəklər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!