Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
ASAN Radionun məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,12 ABŞ dolları və ya 3,14% artaraq 69,72 dollar təşkil edib.
Xatırladaq ki, Ötən həftə ərzində (1-5 mart) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 66,32 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,44 dollar və ya 0,66% çoxdur. Həftə ərzində ən yüksək göstərici (V gün) – 69,26 dollar təşkil edib, ən minimal göstərici (II gün) isə 64,25 dollar səviyyəsində olub.
XƏBƏR LENTİ
İyun 20,2025 10:21
İyun 17,2025 15:59
İyun 17,2025 15:52
May 08,2025 19:28
Fevral 24,2025 17:44
Fevral 24,2025 17:41
Fevral 10,2025 15:24
Dekabr 14,2024 14:24“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!