USD - 1.7 EUR - 2.0621 RUB - 0.023 TRY - 0.2013 DAHA ÇOX
SON DƏQİQƏ
ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Prezident İlham Əliyevə zəng edib   Qəbələdə yol tikintisi üçün 5 milyon manat ayrılıb   Qəbələnin Nic qəsəbəsində yeni məktəb tikiləcək Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub “ASAN xidmət”in fəaliyyəti barədə Astana Dövlət Qulluğu üzrə Regional Mərkəzinin jurnalında məqalə dərc olunub
EHİM data yarışmasının qaliblərini mükafatlandırıb

30 aprel tarixində “Rəqəmsal idarəetmədə süni intellekt” beynəlxalq konfansı çərçivəsində keçirilən data yarışmasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə müxtəlif dövlət qurumlarının və texnologiya şirkətlərinin rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov süni intellekt sahəsində texnologiyaların inkişafı ilə bağlı dünyada çağırışlara adaptiv reaksiyaların vacibliyini diqqətə çatdırıb, bu istiqamətdə ölkəmizdəki tədbirlərdən danışıb.

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov süni intellektlə bağlı çağırışlar üçün özəl-dövlət-akademik təşkilatların əməkdaşlığının vacibliyini vurğulayıb. Diqqətə çatdırılıb ki, məhz bu tədbirdə sözügedən əməşdaşlığın qurulması ölkə rəhbərliyinin tapşırıqlarına müvafiq olaraq uğurlu nəticələrin əldə olunmasına imkan verir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Rəşad Əzizov ölkəmizdə müvafiq istiqamətdə, o cümlədən elektron hökumət qurucuğu istiqamətində bu cür tədbirlərin vacibliyini vurğulayıb.

Data yarışmasında iştirak etmək üçün 185 komanda qeydiyyatdan keçib. Data yarışmasının məqsədi bu sahədə Azərbaycanda olan mütəxəssislərin aşkar edilməsi, onlarla gələcəkdə əməkdaşlığın qurulması və gələcəkdə yeni layihələr həyata keçirilməsidir. Yarışmanın həyata keçirildiyi “Kaggle” platforması data elmi və maşın öyrənmə sahəsindəki həvəskar və peşəkarların onlayn cəmiyyətidir. 5 milyondan çox istifadəçi ilə 194 ölkəni əhatə edən bu platforma vasitəsilə müxtəlif fəaliyyət sahələrindən iri miqyaslı və böyük təsir dairəsinə malik data əsaslı məsələlər komanda və ya fərdi şəkildə iştirak edən yarışmaçılar tərəfindən həll edilməyə çalışılır.

Mükafatlandırma mərasimində data yarışmasında komanda şəklində iştirak edən və qalib gənclər mükafatlandırılıblar. Birinci yerin qalibləri Cəmil Əlizadə, Kamal Ağayev və Mikayıl Yusubov 4 000 AZN, ikinci yerin qalibləri Tərlan Cəbiyev və Turqut Abdullayev 2 000 AZN, üçüncü yerin qalibi Elşən Qədimov 1 000 AZN məbləğində pul mükafatı, sertifikat və hədiyyələrlə təltif olunublar. Tədbir zamanı yarışmada xüsusi fərqlənən iştirakçılara da sertifikat və hədiyyələr təqdim olunub.

EHİM tərəfindən təşkil olunan beynəlxalq konfrans və data yarışması böyük marağa səbəb olub. 22 ölkədən 58 spikerin çıxış etdiyi beynəlxalq konfransa 19 ölkədən 900-ə yaxın unikal iştirakçı qoşulub.

Dünya şöhrətli alim Lütfi Zadənin əziz xatirəsinə həsr olunan beynəlxalq konfrans PAŞA Holdinq, Azərbaycan Beynəlxalq Bankı, “BestComp” və bp şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Tədbir haqqında ətraflı məlumat: https://ai4digigov.com/

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN Radio 24 dekabr, 2015-ci il tarixində yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının iclasında verilib. ASAN Radio gün ərzində xəbərləri operativ çatdırır. Sosial mediada fəallığı ilə seçilir. İnternet üzərindən canlı yayım, audio, videoreportajlar yayımlayır, asanradio.az saytı daim yenilənir. ASAN Radio dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə əməkdaşlıq edir. Faydalı layihələr, proqramlar hazırlayır. ASAN Radio gələcəyin media işçilərini yetişdirir. ASAN könüllüləri, ADA Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin tələbələri radioda təcrübə keçirlər. ASAN Radio dinləyicisi üçün yalnız zövqlü musiqi səsləndirir. ASAN Radio mühüm sosial layihələrə informasiya dəstəyi göstərir. İrimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv radio tərəfdaşıdır. ASAN Radionu asanradio.az saytından, mobil tətbiqlərdən dinləmək mümkündür. Azərbaycanda fəaliyyət göstərən 20 “ASAN xidmət” (Bakıda 5, bölgələrdə 15) və 2 “ASAN Kommunal” mərkəzində ASAN Radio səsləndirilir. Statistikaya görə hər ay 200.000 insan bu xidmətdən istifadə edir. Başqa sözlə bu qədər insan radiomuzu eşidir. ASAN Radio Azərbaycanın 82%-ni əhatə edir. Şuşada yayımlanan ilk radio – ASAN Radio oldu. İşğaldan azad olunan digər şəhər rayonlarda bizi 95.6 FM-də dinləmək mümkündür. Ümumilikdə, ASAN Radio respublika ərazisində 100 FM, 96.5 FM, 95.6 FM və 92.7 FM-də yayımlanır. ASAN Radio – Operativ Məlumat dalğası!
© 2018 ASAN Radio