Gənclər və idman naziri Azad Rəhimov vəfat edib. Bir müddətdir ABŞ-da müalicə olunan A. Rəhimov 57 yaşında dünyasını dəyişib.
Azad Rəhimovun oğlu Arif Rəhimov ictimaiyyətdən pandemiya səbəbindən dəfn mərasiminə gəlməməyi xahiş edib:
“Atam Azad Rəhimov dünən Bakı vaxtı ilə saat 22:45-də ağciyər xərçəngindən müalicə aldığı Amerika Birləşmiş Ştatlarında dünyasını dəyişib. O, uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəksə də, həyatının son anına qədər Vətənini, dövlətini düşünürdü."
Azad Rəhimov 2006-cı ildən Azərbaycanın gənclər və idman naziri idi. ASAN Radionun "QəbuldASAN" verilişində qonaq olmuşdu.
Allah rəhmət eləsin!
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!