USD - 1.7 EUR - 2.0621 RUB - 0.023 TRY - 0.2013 DAHA ÇOX
SON DƏQİQƏ
Prezident İlham Əliyev Belarusun müdafiə nazirini qəbul edib  ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Prezident İlham Əliyevə zəng edib   Qəbələdə yol tikintisi üçün 5 milyon manat ayrılıb   Qəbələnin Nic qəsəbəsində yeni məktəb tikiləcək Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub
"Çövkən oyunu" layihəsi yekunlaşıb

"ASAN Könüllüləri" Təşkilatı və  "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının birgə əməkdaşlığı ilə Ağcabədi rayonunda "Çövkən oyunu" layihəsinin bağlanış mərasimi keçirilib.

“Qarabağ” atçılıq kompleksində baş tutan tədbirdə Kənd təsərrüfatı naziri İnam Kərimov və  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev iştirak ediblər.

Layihənin əsas məqsədi atüstü milli oyunlarımızı canlandırmaqla zəngin milli-mənəvi dəyərlərimizi təbliğ  etmək, həmçinin qədim tarixə malik atçılıq ənənələrinin bərpası, inkişaf etdirilməsidir.  Eyni zamanda gənc nəslin bu sahəyə marağını artırmaq əsas hədəflərdəndir.

Layihənin əsas hissəsində “Qarabağ” atçılıq mərkəzinin atları ilə şou-proqram təşkil olunub. Bədii hissəsində "ASAN Könüllüləri" Təşkilatının "Mədəniyyət Carçısı" proqramının musiqi qrupu və "Aqrar İnkişaf Könüllüləri" Təşkilatının rəqs qrupu öz ifalarını səsləndirib. 

Sonda iştirak edən könüllülər təltif olunublar.

Qeyd edək ki,  UNESCO-nun qeyri-mədəni irsin reprezentativ siyahısına daxil edilmiş Çövkən oyunu üçün Qarabağ atları ən ideal atlar hesab edilir.

Layihədə iştirak etmiş könüllülər 2 ay müddətində mütəmadi olaraq peşəkar təlimçilər tərəfindən keçirilən təlimlərə cəlb olunublar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN Radio 24 dekabr, 2015-ci il tarixində yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının iclasında verilib. ASAN Radio gün ərzində xəbərləri operativ çatdırır. Sosial mediada fəallığı ilə seçilir. İnternet üzərindən canlı yayım, audio, videoreportajlar yayımlayır, asanradio.az saytı daim yenilənir. ASAN Radio dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə əməkdaşlıq edir. Faydalı layihələr, proqramlar hazırlayır. ASAN Radio gələcəyin media işçilərini yetişdirir. ASAN könüllüləri, ADA Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin tələbələri radioda təcrübə keçirlər. ASAN Radio dinləyicisi üçün yalnız zövqlü musiqi səsləndirir. ASAN Radio mühüm sosial layihələrə informasiya dəstəyi göstərir. İrimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv radio tərəfdaşıdır. ASAN Radionu asanradio.az saytından, mobil tətbiqlərdən dinləmək mümkündür. Azərbaycanda fəaliyyət göstərən 20 “ASAN xidmət” (Bakıda 5, bölgələrdə 15) və 2 “ASAN Kommunal” mərkəzində ASAN Radio səsləndirilir. Statistikaya görə hər ay 200.000 insan bu xidmətdən istifadə edir. Başqa sözlə bu qədər insan radiomuzu eşidir. ASAN Radio Azərbaycanın 82%-ni əhatə edir. Şuşada yayımlanan ilk radio – ASAN Radio oldu. İşğaldan azad olunan digər şəhər rayonlarda bizi 95.6 FM-də dinləmək mümkündür. Ümumilikdə, ASAN Radio respublika ərazisində 100 FM, 96.5 FM, 95.6 FM və 92.7 FM-də yayımlanır. ASAN Radio – Operativ Məlumat dalğası!
© 2018 ASAN Radio